Page 27 - "Dünya yuxutək əriyir..."
P. 27
la Əliyeva Dünya yuxutək əriyir...
Öz canını belә, qurban verәrdi
Tәki sevgilisi geriyә dönә.
Necә әzablıdı hәsrәtdә ölmәk,
Dәrd dönәr güllәyә, deşilәr sinә.
Cәmi bircә atәş… Bir dәrya kәdәr…
Qu uca göylәrdәn axdı ulduztәk.
Qeyb oldu… amma öz istәklisini
Qoymadı heç zaman qәlbindә ölә.
Qu tökә bilmәdi göz yaşlarını…
Göz yaşı, ötәn vaxt sağaltmaz onu.
Dәrd-әlәm әlindәn divanә olub,
Gözlәri axtardı qaranlıq sonu.
Silindi yaddaşdan açılan atәş
Hәr şeyi yoluna zaman qoyacaq.
Amma insan oğlu heç vaxt dünyada
Qu kimi sevmәyi bacarmayacaq.
Öz canını belә, qurban verәrdi
Tәki sevgilisi geriyә dönә.
Necә әzablıdı hәsrәtdә ölmәk,
Dәrd dönәr güllәyә, deşilәr sinә.
Cәmi bircә atәş… Bir dәrya kәdәr…
Qu uca göylәrdәn axdı ulduztәk.
Qeyb oldu… amma öz istәklisini
Qoymadı heç zaman qәlbindә ölә.
Qu tökә bilmәdi göz yaşlarını…
Göz yaşı, ötәn vaxt sağaltmaz onu.
Dәrd-әlәm әlindәn divanә olub,
Gözlәri axtardı qaranlıq sonu.
Silindi yaddaşdan açılan atәş
Hәr şeyi yoluna zaman qoyacaq.
Amma insan oğlu heç vaxt dünyada
Qu kimi sevmәyi bacarmayacaq.