Page 28 - "Dünya yuxutək əriyir..."
P. 28
Şeirlər
Unuda bilmirәm gözlәrini mәn
Uşaq evinin kimsәsiz körpәlәrinә
Unuda bilmirәm o dәrdlә dolu,
Dәryalartәk dәrin gözlәrini mәn.
Bircә sәn... bircә sәn gülümsәmirdin,
İndi üzülürәm sәnin fikrindәn.
Söylә, nә gördün sәn bu sәkkiz ildә?
Qәddarlıq, haqsızlıq, yersiz tәnәlәr...
Qәlbindә işığı kim söndürdü, de!
Pozulub naxışlar, itibdi rәnglәr...
Bilirәm, axşamlar çox qәmlәnirsәn,
Divardan o yanda nәlәr var deyә.
Bütöv bir dünya var orda gözәldәn gözәl...
Sәnsә inanmırsan möcüzәlәrә.
Amma, yox... Gülüşdәn bir libas geyib,
Durur göz yaşların mәsum üzündә.
Ümidi balaca әlindә sıxıb
Gizli saxlamısan ovcun içindә.
İsti ev görürsәn gözünü yumub,
Eşidirsәn gülüş, musiqi sәsi.
Üstünә yorğantәk çәkib buludu,
Sәn nәfәs alırsan, nәfәsin әsir...
28 / 29
Unuda bilmirәm gözlәrini mәn
Uşaq evinin kimsәsiz körpәlәrinә
Unuda bilmirәm o dәrdlә dolu,
Dәryalartәk dәrin gözlәrini mәn.
Bircә sәn... bircә sәn gülümsәmirdin,
İndi üzülürәm sәnin fikrindәn.
Söylә, nә gördün sәn bu sәkkiz ildә?
Qәddarlıq, haqsızlıq, yersiz tәnәlәr...
Qәlbindә işığı kim söndürdü, de!
Pozulub naxışlar, itibdi rәnglәr...
Bilirәm, axşamlar çox qәmlәnirsәn,
Divardan o yanda nәlәr var deyә.
Bütöv bir dünya var orda gözәldәn gözәl...
Sәnsә inanmırsan möcüzәlәrә.
Amma, yox... Gülüşdәn bir libas geyib,
Durur göz yaşların mәsum üzündә.
Ümidi balaca әlindә sıxıb
Gizli saxlamısan ovcun içindә.
İsti ev görürsәn gözünü yumub,
Eşidirsәn gülüş, musiqi sәsi.
Üstünә yorğantәk çәkib buludu,
Sәn nәfәs alırsan, nәfәsin әsir...
28 / 29