Page 25 - "Dünya yuxutək əriyir..."
P. 25
la Əliyeva Dünya yuxutək əriyir...
Boğulur… yox iradәm
Ruhumu çıxarmağa.
İstәyirәm, amma, yox,
Güc yoxdu ağlamağa.
Əllәrim gücsüzlәşib
Ağrım gözümdә donub...
Pozuldu bu hekayә
Yazmaq çәtindi onu.
Pozuldu bu hekayә,
«Yox» deyib qışqırsam da.
Sәsim tәpәrdәn düşüb
Ağzım zәhәr dadsa da.
Nә dәyişdi qәfildәn?
Qışmış demә, qar yağır…
Sәn demә, şaxta imiş
Nә bilәydim mәn-fağır?
Yarpaqlar da tökülür…
Toran basır gündüzü.
Niyә inanmıram bәs?
Niyә?.. Bilmirәm, özüm.
Boğulur… yox iradәm
Ruhumu çıxarmağa.
İstәyirәm, amma, yox,
Güc yoxdu ağlamağa.
Əllәrim gücsüzlәşib
Ağrım gözümdә donub...
Pozuldu bu hekayә
Yazmaq çәtindi onu.
Pozuldu bu hekayә,
«Yox» deyib qışqırsam da.
Sәsim tәpәrdәn düşüb
Ağzım zәhәr dadsa da.
Nә dәyişdi qәfildәn?
Qışmış demә, qar yağır…
Sәn demә, şaxta imiş
Nә bilәydim mәn-fağır?
Yarpaqlar da tökülür…
Toran basır gündüzü.
Niyә inanmıram bәs?
Niyә?.. Bilmirәm, özüm.