Page 33 - "Dünya yuxutək əriyir..."
P. 33
Dünya yuxutək əriyir...

Amansız döyüşdә öldürdün onu,
Alnından vurmadın… yazığın gәldi.
Olsun ki, gözlәrdә qorxular gördün
İçindә qalibtәk, sevgin dikәldi.

Vurmadın dostunu sәn dueldә dә,
Ayıra bilmәdin dostdan düşmәni.
Düşmәnә dә keçdin, zәifdi deyә,
Bağışlaya bildin miskin bәndәni.

İndi bax, yanına düşüb әllәrin
Ölәnsә, bir daha dirilmәyәcәk.
Sәfeh sağ qalacaq, kef çәkmәk üçün,
Dahisә, ölümlә geri dönәcәk.

Leyla Əliyeva
   28   29   30   31   32   33   34   35   36   37   38