Page 37 - "Dünya yuxutək əriyir..."
P. 37
Dünya yuxutək əriyir...
Fәnәrlәr
Qaranlıq küçәdә yanır fәnәrlәr…
Elә bil göylәrdә ulduzdu onlar.
Görәn, gecә boyu nәyi dilәrlәr?
Bәlkә, fәnәrlәr da sevmәk arzular?
Yanırlar sәssizcә, qımıldanmadan…
Ensiz cığırlarsa, nura boyanır.
Əl-әlә adlayır sakit kölgәlәr,
Fәnәrlәrsә baxır, hәsrәtlә yanır...
Sevgili qәlblәrin cüt döyüntüsü
Onların nuruna süzülür, dolur.
Bәlkә, tәbiәtdәn gәlir bu bölgü?
Sevmәyәn hәmişә sevimli olur.
Heyif, nә sevirlәr, nә ağlayırlar,
Heç nәdәn qәmlәnmir bu ağ işıqlar.
Olsun ki, kimәsә mәnsub olmağı
İşıqlar, sadәcә, arzulamırlar.
Leyla Əliyeva
Fәnәrlәr
Qaranlıq küçәdә yanır fәnәrlәr…
Elә bil göylәrdә ulduzdu onlar.
Görәn, gecә boyu nәyi dilәrlәr?
Bәlkә, fәnәrlәr da sevmәk arzular?
Yanırlar sәssizcә, qımıldanmadan…
Ensiz cığırlarsa, nura boyanır.
Əl-әlә adlayır sakit kölgәlәr,
Fәnәrlәrsә baxır, hәsrәtlә yanır...
Sevgili qәlblәrin cüt döyüntüsü
Onların nuruna süzülür, dolur.
Bәlkә, tәbiәtdәn gәlir bu bölgü?
Sevmәyәn hәmişә sevimli olur.
Heyif, nә sevirlәr, nә ağlayırlar,
Heç nәdәn qәmlәnmir bu ağ işıqlar.
Olsun ki, kimәsә mәnsub olmağı
İşıqlar, sadәcә, arzulamırlar.
Leyla Əliyeva