Page 39 - "Dünya yuxutək əriyir..."
P. 39
Dünya yuxutək əriyir...

Qara qu quşu

Ey qara qu quşu, yalqızsan yenә
İnanım deyirsәn, itmiş ruhlara?

Sәn qәmli, hәm zәrif, hәm çox gözәlsәn
Çox da sevimlisәn… hәm dә lap tәnha.

Ey qara qu quşu, ötmüş anları
Əridib qәrq edir çaylar dibinә…

Minlәrlә ifadә qeyb olur burda
Unudulmuş ruhlar görüşür yenә…

Qәlbi işıq dolu, qara qu quşu,
Mәnә sәn yaşatdın ötәn çağları!

Çox şeyi anlatdın bu gün dostuna,
Bil ki, unutmaram bu yaxşılığı.

Leyla Əliyeva
   34   35   36   37   38   39   40   41   42   43   44