Page 40 - "Dünya yuxutək əriyir..."
P. 40
Şeirlər

Qaçırıq, uçuruq, çıxıb gedirik...

Qaçırıq, uçuruq, çıxıb gedirik...
Sevgi axtarırıq, qorxuruq hәm dә.
Yelkәnlәr açırıq mavi sularda
Kaş alıb apara bizi gәmilәr...
Qaçırıq, uçuruq... tәrk elәyirik
Maşın sәslәrini, tünlüyü bir an.
Belәcә, içimiz tamam boş qalır,
Boş canı daşımaq asandı, asan.
Tәyyarәlәr uçur quşlarsayağı
Belә tәlәsmәzlәr heç uçan quşlar.
Yuxu da görmürük bu qaçhaqovda
Bu gözün, bu qәlbin yaddaşımı var?
Tәlәsik yazıram bu sәtirlәri
Deyirlәr, vaxtım var beşcә dәqiqә.
Nöqtә qoymaq belә, çıxır yadımdan,
Nöqtә gәrәkdimi, bu sәtirlәrә?

40 / 41
   35   36   37   38   39   40   41   42   43   44   45