Page 15 - "Dünya yuxutək əriyir..."
P. 15
la Əliyeva Dünya yuxutək əriyir...

Mәnә güc ver, İlahi!

Mәnә güc ver, İlahi!
Dilimdәn düşmәsin bu saf dualar!
Güc ver mәnә, sәmimi olum...
Mәndәn uzaq dursun bütün yalanlar!
Güc ver mәnә, vida söylәyim
Bu acgöz dünyanın hәvәslәrinә!
Yarıda saxlayım tamah badәsin,
Güc ver, çәksin mәni göylәr içinә!
Qanadım budaqtәk, titrәyib әssin,
Dünyanın üzünә baxım bu ara…
Baxım ki, necә bu bәdgüman qürur
Yuvarlanıb aşır uçurumlara!
Güc ver, qәzәbini göz yaşlarının
altında gizlәyәn insan duyulsun!
Güc ver, pisliklәrә yaxşılıq edim,
Qan isә qanla yox, suyla yuyulsun!
Güc ver, bir kimsәnin arxasınca mәn,
Dinib söylәnmәyim bir daha heç vaxt.
Qoy üzә deyilsin deyilәn sözlәr,
Üzә deyilәn söz qәlblәr sağaldar.
   10   11   12   13   14   15   16   17   18   19   20