Page 84 - "Dünya yuxutək əriyir..."
P. 84
Şeirlər

Hamıya kömәk edәn

Sakit ömür sürәn bir adam vardı,
Çәkmәsi dә vardı özünә görә.
Qırışlı, qabarlı, kobud әliylә
Rәsmlәr çәkәrdi o, talelәrә.

Kimin ki, hәyatı faniydi, puçdu,
Kim ki, bәdbәxt idi, dәrdin quluydu,
Onlarçün süzülmüş, ağ kәtanlara
Əlvan boyalarla rәnglәr vururdu.

Ona: «kömәk elә» – deyirdi hәr kәs,
O da kömәkliyin әsirgәmirdi.
Ulduz yandırırdı göydә gecәlәr,
Ovcunda kәpәnәklәr bәslәyirdi.

Ona deyәrdilәr: «Kömәk et bizә»,
O da hәr bir kәsә kömәk edirdi.
Çoxdan unutmuşdu o, rahatlığı,
Yuxu, yatmaq nәdi, çoxdan bilmirdi.

Vaxt gәldi, yetişdi bağda ağaclar...
Yetişәn – alma, nar, portağal oldu.
O isә görmәdi bu gözәlliyi,
Çünki, dörd tәrәfi dәrd-qәmlә doldu.

O dedi: «Hamıya kömәk edәcәm!»
Göydә qәmli üzәn Ayı görmәdi.
Yetişdi ağaclar yaşıl bağçada,
Xahişlәr, göz yaşı qol-budaq verdi.

84 / 85
   79   80   81   82   83   84   85   86   87   88   89