Page 88 - "Dünya yuxutək əriyir..."
P. 88
Şeirlər

Hardasan, dünyanın yaxşı adamı?

Hardasan, dünyanın yaxşı adamı?
Görәn, hansı uzaq qitәlәrdәsәn?..
Bütün dәnizlәrdәn, çaylardan keçib
Sәninlә görüşә tәlәsirәm mәn!

Dağların әn uca dikinә qalxıb,
Gәrәk tәrgidim mәn nifrәt etmәyi.
Qәlbimin işığın tezcә yandırım,
Görüm tez üzünü, siluetini.

Yaşıl meşәlәrdәn qaçıb keçirәm,
Özümü vururam mәn hey karlığa.
Axı yad gülüşlәr, özgә sәslәri
Qoymur sözlәrinә qulaq asmağa.

Qorxulu deyil heç, tufan, fırtına,
Ağlağan yağış da qorxutmur mәni.
Qovum buludları, bir dә göy üzü
Mәndәn gizlәmәsin, qoy gözlәrini.

Əgәr mәn qanadlı bir quş olsaydım,
Uçub axtarardım hәr yerdә sәni.
Əlimdәn vermәyim deyә, bir daha
Bәrk-bәrk qucaqlardım çiyinlәrini.

88 / 89
   83   84   85   86   87   88   89   90   91   92   93