Page 91 - "Dünya yuxutək əriyir..."
P. 91
la Əliyeva Dünya yuxutək əriyir...
Mehriban sәsini duyuram hәr an,
Mәni uzaqlarda sәn qoruyursan.
Kaş ki, hisslәrimi çatdıra dağlar,
Necә darıxıram, özün duyasan.
Ağaclar körpüyә çevrilsәydilәr,
Üstüylә hey, sәnә sarı qaçardım.
Deyә bilmәdiyim hәr şey barәdә
Bircә tәbәssümlә söhbәt açardım.
Gündüzә çevrilә bilsәydi gecә,
Günәş nur saçardı qaranlıqlara.
Bәrk-bәrk sarılardım, qucardım sәni,
Daha getmәyәsәn mәndәn uzağa.
Dünyanın әn yaxşı adamıydın sәn,
Xatirәn әbәdi yaşar qәlbimdә.
Bil ki, gözlәyәcәm görüşümüzü,
Buna inanacam, bil ki, hәmişә.
Mehriban sәsini duyuram hәr an,
Mәni uzaqlarda sәn qoruyursan.
Kaş ki, hisslәrimi çatdıra dağlar,
Necә darıxıram, özün duyasan.
Ağaclar körpüyә çevrilsәydilәr,
Üstüylә hey, sәnә sarı qaçardım.
Deyә bilmәdiyim hәr şey barәdә
Bircә tәbәssümlә söhbәt açardım.
Gündüzә çevrilә bilsәydi gecә,
Günәş nur saçardı qaranlıqlara.
Bәrk-bәrk sarılardım, qucardım sәni,
Daha getmәyәsәn mәndәn uzağa.
Dünyanın әn yaxşı adamıydın sәn,
Xatirәn әbәdi yaşar qәlbimdә.
Bil ki, gözlәyәcәm görüşümüzü,
Buna inanacam, bil ki, hәmişә.