Page 99 - alberto moravia_Макет 1
P. 99

Çoçara


          vicdanlı, sәmimi qız idi. Mәnim әhvalım tez-tez korlanır,
          özümdәn çıxıram, çığır-bağır salıram, hәtta bәzәn Rozettaya
          әl qaldıra bilәrәm. Rozetta isә mәnә heç vaxt söz qaytarmayıb,
          dikbaşlıq elәmәyib, bir sözlә, yaxşı övlad olub. O, özünü-
          sözünü bilәn, hәmişә әn düzgün qәrarlar verәn qız idi. Bәzәn
          mәni qorxu bürüyürdü, öz-özümә deyirdim: “Bәlkә, qızım
          müqәddәsdir?” Axı sәhv elәmәyәnlәr yalnız müqәddәslәrdir.
          Onu da deyim ki, qızımın elә bir hәyat tәcrübәsi yox idi,
          әlimdә-ovcumda böyümüşdü, monastır mәktәbini bitirdikdәn
          sonra mәnә ev işlәrindә, bәzәn dә dükanda kömәk elәmәkdәn
          savayı, heç nәylә mәşğul olmamışdı. Buna baxmayaraq, adama
          elә gәlirdi ki, o, hәr şeyi bilir, hәr işi bacarır. Yalnız indi-indi
          anlamağa başlayıram ki, әslindә, bütün bunlar onun
          tәcrübәsizliyindәn vә rahibәlәrdәn aldığı tәrbiyәdәn irәli
          gәlirmiş. Lakin tәcrübәsizliklә dinin birlәşib әmәlә gәtirdiyi,
          mәnә kamillik, daşdan tikilmiş qüllә kimi görünәn bu davranış,
          sәn demә, kağız evcikdәn başqa bir şey deyilmiş; onda
          bilmirdim ki, bilikli vә tәcrübәli olmasan, müqәddәslik
          mәrtәbәsinә yüksәlә bilmәzsәn. Mәn bütün analar kimi
          övladımın qayğısına qalır, istәyirdim hәyatın qaranlıq üzünü
          görmәsin. Fikirlәşirdim ki, onsuz da, әrә gedәndәn sonra başı
          nәlәr çәkәcәk, Allah bilir… Ancaq mәn bütün pisliklәri üzә
          çıxaran, bizi vaxtından әvvәl iztirab çәkmәyә mәcbur edәn
          amansız müharibәni nәzәrә almamışdım. Nә qәdәr ki alverim
          yaxşı gedirdi, qızıma cer-cehiz toplamaq barәdә düşünürdüm,
          fikirlәşirdim ki, onu sevәn yaxşı bir adama әrә gedәr, әrinә
          yaxşı arvad olar, uşaqları doğular… Müharibә isә adamdan
          tamamilә başqa keyfiyyәtlәr tәlәb edir. Hәr halda, müharibә
          Rozetta kimilәr üçün deyildi.
             Nәhayәt, yerimizdәn qalxıb, qaranlıqda maçeranın kәnarıyla
          komamıza sarı getdik. Paridenin pәncәrәsinin önündәn keçәrkәn
          içәridәn sәslәr eşitdim – hәlә yatmamışdılar, otaqda hәrәkәt
          edir, öz aralarında yavaşcadan nәsә danışırdılar. Onların sәsi


                                                              99
   94   95   96   97   98   99   100   101   102   103   104