Page 96 - alberto moravia_Макет 1
P. 96
Alberto Moravia
ona görә ki, o biri axşamlar da, bir almanın yarısı kimi, hәmin
axşama oxşayırdı, ikincisi isә, eyni gündә mәn әvvәlcә
qaçqınlarla nahar edir, sonra kәndlilәrlә şam yemәyi yeyirdim
deyә bunları qarışıq sala bilәrәm. Düzünü demәk lazımdır:
qaçqınların vәziyyәti o qәdәr dә pis deyildi, hәr halda, onların
bәzilәri kәndlilәrdәn yaxşı qidalanır, oxuyub-yazmağı bacarır,
patavada gәzmirdilәr, arvadları da şәhәrli sinyoralar kimi
geyinirdilәr. Buna baxmayaraq, elә ilk gündәn kәndlilәri
onlardan üstün tuturdum. Bәlkә dә, ona görә ki, özüm dә
әvvәllәr kәndli olmuşdum. Ancaq bir mәsәlә dә vardı – hәr
dәfә görüşәndә, qaçqınları kәndlilәrlә müqayisә edirdim vә
mәnә elә gәlirdi ki, onlar az-çox savadlanandan sonra lap
korlanıblar. İlk dәfә mәktәbә gedәn avara uşaqlartәk: hәrflәri
öyrәnәn kimi, divarları yazıb-doldurmağa başlayırlar. Mәncә,
insanlara tәhsil vermәk azdır, gәrәk onlara biliklәrlә davranmağı
da öyrәdәsәn.
Hamı mürgü döyürdü, uşaqlardan bәzilәri artıq yatmışdı.
Paride yerindәn durub bәyan etdi ki, yatmaq vaxtıdır. Daxmadan
birlikdә çıxıb, bir-birimizә xeyirli axşamlar dilәdik. Hamı
çıxıb getdi, Rozettayla maçeranın kәnarında tәk qaldıq.
Qaranlıqda gözümüzü Fondi tәrәfә zillәyib dayanmışdıq.
Ancaq heç nә görә bilmirdik, sükut vә zülmәt әtrafı sarmışdı,
yalnız saysız-hesabsız ulduzlar canlı kimi sayrışır, sanki bizә
göz vururdular; ulduzlar elә baxırdılar, elә bil bizim haqqımızda
hәr şeyi bilirlәr, amma bizim heç nәdәn xәbәrimiz yoxdur.
Rozetta sakitcә dedi:
– Nә gözәl gecәdir, ana.
Soruşdum, buralar xoşuna gәlirmi? Dedi ki, harada olur-
sa-olsun, mәnimlә olmaq ona xoşdur. Bir neçә dәqiqә belәcә,
lәzzәtlә ulduzlu sәmaya tamaşa elәdik. Sonra Rozetta qolumdan
tutub dedi ki, bura sağ-salamat gәlib çıxmağımıza kömәk
etdiyi üçün Madonnaya dua elәmәk istәyir. Elә sakit danışırdı
ki, elә bil kiminsә onu eşidәcәyindәn qorxurdu.
96