Page 93 - alberto moravia_Макет 1
P. 93

Çoçara


             – Atam sizi şam yemәyinә çağırır.
             Filipponun qonaqlığında o qәdәr yeyib-içmişdik ki, axşam
          olsa da, aclıq hiss etmirdik. Ancaq Paridenin dәvәtini can-
          başla qәbul elәdim, çünki qarayaxa fikirlәrin әlindә girinc
          qalmışdım, Rozettayla birlikdә bütün axşamı bu hisli otaqda
          keçirmәk istәmirdim.
             İrәlidә yüyürәn Donatonun arxasınca düşdük, qaranlıqda
          pişik kimi ehtiyatla yeriyirdik.  Tezliklә başqa maçeranın
          üzәrindәki daxmaya gәlib çatdıq. Burada Paridedәn savayı,
          dörd qadın da vardı: anası, arvadı, bacısı vә gәlini. Bacısıyla
          gәlininin hәrәsinin üç uşağı vardı, әrlәri isә Rusiya cәbhәsindә
          vuruşurdular. Paridenin bacısı Caçinta qardaşı kimi qarabuğdayı
          idi, irisifәtliydi, alışıb-yanan gözlәrindәn dәliyә oxşayırdı. O,
          doğrudan da, normal adam tәsiri bağışlamırdı, elә hey çığırıb-
          bağırır, әtәyindәn yapışıb ağlayan uşaqlara qarğış tökür, hirslә
          onları qapazlayırdı. Paridenin gәlini, daha doğrusu, qardaşı
          arvadı Anita müharibәdәn әvvәl Çistern yaxınlığında yaşayırmış.
          Anita arıq-quru, solğunbәnizli, sivriburun idi, aydın-duru
          gözlәri vardı, hәmişә fikirli gәzib-dolaşırdı. Heybәtli Caçintayla
          müqayisәdә sakit, fağır adam tәsiri bağışlayırdı. Onun uşaqları
          da buradaydı, ancaq onlar analarının әtәyindәn yapışıb
          ağlaşmırdılar, skamyalarda kirimişcә oturub, şam yemәyinin
          vaxtını gözlәyirdilәr. Biz içәri girәn kimi Paride bic-bic
          gülümsәyib dedi:
             –  Fikirlәşdik ki, tәksiniz, darıxırsınız, sizi dә dәvәt etdik. –
          Sonra bir qәdәr susub, әlavә etdi: – Hәlә ki, әrzaq almamısınız,
          bizimlә yemәk yeyә bilәrsiniz; borcunuzu sonra hesablayarıq.
             Demәk istәyirdi ki, yemәyi müftә vermir, pulunu ödәmәli
          olacağam, ancaq yenә dә ona minnәtdar idim, bilirdim ki,
          kasıb adamdır, indiki aclıq zamanında isә varlılar belә әrzaq
          tapmaqda çәtinlik çәkirdi. Әrzağı olanlar isә onu gizlәdir, heç
          kәslә bölüşmür, satmaq da istәmirdilәr.


                                                              93
   88   89   90   91   92   93   94   95   96   97   98