Page 95 - alberto moravia_Макет 1
P. 95
Çoçara
Minestrina artıq hazır idi; Luiza lәyәnin yerinә kiçik bir
stol gәtirib qoydu. Kasa stolun üstündәydi. Hamı qaşıqla eyni
kasadan yemәyә girişdi. Rozettayla mәn az yedik, adama iki-
üç qaşıq. Yerdә qalanlar, xüsusilә dә uşaqlar acgözlüklә yemәyә
daraşdılar. Kasa tezliklә boşaldı. Süfrә arxasında oturanların
mәyus sifәtini görәndә başa düşdüm ki, çoxu ac qalıb. Paride
hәrәyә bir ovuc әncir qurusu payladı, sonra daxmanın divarındakı
oyuqdan çaxır şüşәsi çıxardı. O, uşaqlı-böyüklü, hәrәyә bir
stәkan çaxır verdi. Hamı eyni stәkandan içirdi. Paride hәr dәfә
stәkanı pencәyinin qolu ilә silib, çaxırla doldururdu. Çalışırdı
ki, bir damcı da yerә düşmәsin. Heç kәs dinib-danışmırdı.
Paride stәkanı verdiyi hәr kәsin adını çәkirdi. Elә bil kilsәdә,
hansısa dini mәrasimdәydik. Çaxır sirkә dadı verirdi – belәsini
yalnız dağlarda içirlәr. Ancaq әsl üzüm çaxırı idi, buna şübhә
elәmәyә dәymәzdi. Yemәkdәn sonra qadınlar yenә cәhrә
arxasına keçdi, Paride isә asetilen lampasının işığında Donatonun
riyaziyyatdan ev tapşırığını yoxlamağa, sәhvlәrini düzәltmәyә
başladı. Özü savadsız idi, amma saymağı yaxşı bacarırdı,
oğlunu da buna öyrәtmәk istәyirdi. Ancaq görünür, oğlan küt-
beyin idi – başı yekә olsa da, sir-sifәtindәn әfәllik yağırdı. O,
atasının dediklәrindәn heç nә anlamırdı. Axırda Paride hirslәnib,
oğlunun başına qapaz ilişdirdi.
– Axmaq.
Qapazdan elә sәs çıxdı ki, elә bil oğlanın başı taxtadan
idi. Ancaq oğlanın vecinә olmadı, heç ufuldamadı da, kirimişcә
ayağına sürtünәn pişiklә oynamağa başladı. Sonralar bir dәfә
Paridedәn soruşdum ki, özü kimi oxumaq-yazmaq bilmәyәn
uşağa nә üçün hesabı öyrәtmәyә çalışır? Paridenin cavabından
mәlum oldu ki, onun üçün rәqәmlәr hәrflәrdәn әhәmiyyәtlidir.
Axı rәqәmlәrin kömәyilә pulları saymaq olur, hәrflәrsә,
Parideyә görә lazımsızdır.
Morrone (Paridenin soyadıdır) ailәsi ilә birlikdә keçirdiyimiz
ilk axşam haqqında yerli-yataqlı danışmaq istәyirәm. Әvvәla,
95