Page 100 - alberto moravia_Макет 1
P. 100

Alberto Moravia

            tarlaşan toyuqların qaqqıltı-qığıltısını xatırladırdı. Bu da bizim
            taxta qapılı otağımız. Evә vә qayaya söykәnmiş tikilinin
            pәncәrә şüşәsi yox idi, kirәmitlә örtülmüş damı yana әyilmişdi.
            Qapını itәlәyib içәri keçdik. İçәridә göz-gözü görmürdü, ancaq
            kibritim vardı, kibrit çәkib şamın qalığını yandırdım, sonra
            cib dәsmalını yarıya bölüb, çıraq üçün fitil düzәltdim. Otaq
            parlaq, amma hüznlü işığa qәrq oldu. Çarpayıda oturduq vә
            Rozettaya dedim:
                – Yalnız koftamızı vә әtәklәrimizi çıxaraq. Mәlәfәdәn vә
            Paridenin plaşından savayı, heç nәyimiz yoxdur, paltarımızı
            soyunsaq, gecә soyuqdan donarıq.
                Elә dә elәdik: alt paltarında yatağa uzandıq. Çarpayının
            üzәrindәki (әslindә, buna çarpayı da demәk olmazdı) yeganә
            normal şey toxunma mәlәfәydi. Ancaq yataqda qurcuxan kimi,
            qarğıdalı yarpaqları xışıltıyla yana sürüşür, quru taxtanın
            üstündә uzanmalı olurduq. Heç kәnddә yaşadığım uşaq
            vaxtlarımda belә, bu cür yararsız çarpayı görmәmişdim: evdәki
            yaylı, yumşaq döşәkli çarpayımızı hәsrәtlә xatırladım.
                Bir dәfә yataqda çevrilәndә, tәkcә altımdakı yarpaqlar
            yox, çarpayının taxtaları da yana sürüşdü, mәnә elә gәldi ki,
            arxam indicә yerә dәyәcәk. Qaranlıqda qalxıb taxtaları, yarpaq
            doldurulmuş kisәni düzәltdim, tәzәdәn yerimә uzanıb Rozettanı
            qucaqladım. O, üzü divara qıvrılıb yatmışdı. Gecәni çox pis
            keçirtdik. Gecәnin bir alәmindә yuxudan ayıldım – haradansa
            quş sәsini xatırladan zәif, ciyiltili sәs gәlirdi. Fikir verib
            gördüm, sәs çarpayının altından gәlir. Rozettanı oyadıb
            soruşdum ki, o da sәs eşidir, yoxsa yox? Dedi ki, hә, eşidir.
            Onda çırağı yandırıb çarpayının altına baxdım. Orada bir qutu
            gördüm, ilk baxışda bir dәstә çobanyastığı vә nanә yarpaqlarından
            savayı, qutunun içindә heç nә gözә dәymirdi. Ancaq ciyilti
            qutunun içindәn gәlirdi deyә yarpaqları eşәlәyib, külәşdәn vә
            yundan düzәldilmiş girdә bir yuva gördüm. Yuvada yenicә
            doğulmuş sәkkiz-on dәnә siçan balası vardı, mәnim çeçәlә
            barmağım böyüklüyündә. Tüksüz, çәhrayı mәxluqlar durmadan

             100
   95   96   97   98   99   100   101   102   103   104   105