Page 101 - alberto moravia_Макет 1
P. 101

Çoçara

          ciyildәşirdi. Rozetta o dәqiqә bәyan etdi ki, onlara toxunmaq
          olmaz, burada qaldığımız ilk gecәdәcә siçan balalarını öldürsәk,
          bәlaya düşәrik. Onda yenidәn yerimizә uzanıb birtәhәr yuxuya
          getdik. Ancaq birazdan hiss etdim ki, sinәmin üstündә yumşaq,
          ağır nәsә gәzişir, arabir sifәtimә toxunur. Qorxudan qışqırdım.
          Rozetta yenidәn ayıldı, çırağı yandırıb gördük ki, bu dәfә bizi
          vahimәyә salan pişikdir. O, çarpayının ayaq tәrәfindә oturmuşdu.
          Yaşılgözlü, qara, arıq bir pişik idi, toranlıqda tüklәri parıldayırdı.
          Bizә ürkәk-ürkәk göz qoyan pişik hәr an pәncәrәyә sarı
          tullanmağa hazır idi, deyәsәn, otağa da bu yolla girmişdi.
          Rozetta mülayim sәslә onu çağırdı. Pişikdәn ötrü bu qızın
          ürәyi gedir, onlarla davranmağın yolunu bilir. Pişik o dәqiqә
          bizә isinişdi, bir neçә saniyә sonra artıq yanımızda uzanıb
          xoruldayırdı. Bundan sonra hәmişә bizimlә qaldı, adını da
          “Cici” qoymuşduq. Hәr gecә yanımıza gәlir, mәlәfәnin altına
          tәpilib, sәhәri otağımızda açırdı. Cici Rozettaya çox bağlanmışdı,
          aramızda uzanıb yatanda tәrpәnmәyә ürәk elәmirdik, çünki
          pişik dәrhal qaranlıqda donquldanmağa başlayır, elә bil deyirdi:
          “Bu nә demәkdir! Yatmağa da qoymurlar”.
             Hәmin gecә düzәmәlli yata bilmәdim, tәkcә siçanların vә
          pişiyin ucbatından yox – hәr dәfә ayılanda harada olduğumuzu
          kәsdirә bilmirdim. Bir dәfә tәyyarә sәsinә oyandım. O qәdәr
          alçaqdan uçurdu, mühәrrikin sәsi elә rәvan, elә mülayim idi
          ki, elә bil mәnimlә danışır, xoş xәbәrlәr söylәyirdi. Sonradan
          mәnә izah etdilәr ki, onları “hacıleylәk” adlandırırlar, bunlar
          kәşfiyyat tәyyarәlәridir, ona görә ağır-ağır uçurlar. Elә
          öyrәşmişdim ki, sәslәri gәlmәyәndә ümidsizlәşirdim, gözümә
          yuxu getmirdi. Bu “hacıleylәk”lәr ingilis tәyyarәlәri idi,
          bilirdim ki, onlar haçansa gәlib bizi azad edәcәklәr, rahatca
          evә qayıdacağıq.









                                                              101
   96   97   98   99   100   101   102   103   104   105   106