Page 106 - alberto moravia_Макет 1
P. 106

Alberto Moravia


            kimi.  Ancaq mәn fikirlәşdiyim kimi deyilmiş: birdәn-birә
            dükanlardan hәr şey yoxa çıxa bilәrimiş. Hәmin il dә belә
            olmuşdu – dünyanı versәn dә, bir tikә çörәk ala bilmәzdin, in-
            sanlar isә çörәksiz qırılırlar.
                Ağır-ağır nәfәs alan Tommazino eşşәyi maçeranın üstünә
            çәkdi, üz-gözündәn yorğunluq yağırdı.
                – Budur, quda, yarımillik qida ehtiyatınız.
                O, topladığı әrzağı siyahı üzrә yoxlayıb bizә tәhvil verdi.
            Siyahını әzbәr bilirdim – 1943-cü ilin payızında insanların
            hәyatı barәdә tәsәvvürünüz olsun deyә, indi hәmin siyahını
            diqqәtinizә çatdırmaq istәyirәm. Rozetta ilә mәnim hәyatım
            tәmin olunmuşdu: әllikiloluq bir kisә un – demәli, çörәk
            bişirә, әriştә kәsә bilәrdik; mamalıqa bişirmәk üçün bir kisә
            qarğıdalı unu; iyirmikiloluq bir kisә paxla (amma çox pis
            paxlaydı); bir neçә kilo noxud, yaşıl noxud, mәrcimәk, әlli
            kilo portağal, iki kilo әridilmiş piy, iki kilo sosiska. Bundan
            savayı, Tommazino bizә bir kisә әncir qurusu, ceviz, badam,
            xeyli çovdar da gәtirmişdi. Sonuncunu, adәtәn, atlara verirlәr,
            ancaq indi, dediyim kimi, insanların da süfrәsindәn әskik ol-
            murdu.
                Әrzağı daxmaya daşıyıb, çarpayının altına yerlәşdirdik vә
            Tommazinoyla hesablaşdım; mәlum oldu ki, bircә hәftәyә hәr
            şey әn azından otuz faiz bahalaşıb. Fikirlәşә bilәrsiniz ki, ola
            bilsin, tamah Tommazinoya güc gәlib, qiymәtlәri özü qaldırıb.
            Ancaq özüm dә dükançıyam, ona görә qiymәtlәrin qalxdığını
            deyәndә o dәqiqә inandım. Bilirdim ki, bahalaşma qaçılmazdır –
            ingilislәr Qarilyanoda qaxılıb qalmışdılar, yerlәrindәn
            tәrpәnmirdilәr, almanlar isә әllәrinә keçәni daşıyıb aparır,
            üstәlik, insanları qorxudur, işlәmәyә qoymurdular.  Aydın
            mәsәlәdir, qiymәtlәr qalxmağa başlamışdı, hәr şey bahalaşırdı,
            belә getsә, tezliklә hәr şey od qiymәtinә olacaqdı.  Aclıq
            illәrindә hәmişә belә olur: gündә bir әrzaq mәhsulu yoxa
            çıxır, pullu insanların sayı günbәgün azalır. Günlәrin bir günü


             106
   101   102   103   104   105   106   107   108   109   110   111