Page 107 - alberto moravia_Макет 1
P. 107

Çoçara


          elә vәziyyәt yarana bilәr ki, artıq nә satan qalar, nә alan; pulu
          olan da, olmayan da acından ölәr.
             Dediyim kimi,  Tommazinonun sözlәrinә inandım vә
          qiymәtlәşmәni-filanı bir tәrәfә qoyub, әrzağın pulunu ödәdim;
          fikirlәşdim ki, onunla çәnәlәşmәk doğru olmazdı, çünki asan
          qazanc xәtrinә olsa da, müharibә zamanı hәyatını riskә atan
          insanların әvәzi yoxdur. Pulu ödәyәrkәn әtәyimin cibindәki
          pul dәstini dә ona göstәrdim.  Tommazino pullara zillәndi,
          çalağan cücәyә baxırmış kimi. Dәrhal dedi ki, biz hәmişә dil
          tapa bilәrik, nә vaxt istәsәm, qulluğumda hazırdır vә mәnim
          sifarişimlә gәtirәcәyi әrzağın qiymәtinә bir soldo belә әlavә
          etmәyәcәk. Bir daha әmin oldum ki, cibindә pulun vә ya
          әrzaq ehtiyatın varsa, hamı sәnә hörmәt qoyur. Son vaxtlar
          Festalar bizә az-az gәlirdilәr, biz yemәyә oturanda isә utanırmış
          kimi, sakitcә çıxıb gedirdilәr. Bilirdilәr ki, bizә vәd olunan
          әrzağı hәlә gәtirmәyiblәr, Paridenin evindә nahar etmәli
          olurduq. Әlbәttә, naharın pulunu ödәyirdik, buna baxmayaraq,
          Paride bizimlә çox soyuq davranırdı. Ancaq Tommazino bir
          eşşәk yükü әrzaqla gәlib çıxan kimi birdәn-birә hamı yumşaldı,
          üzümüzә gülmәyә, bizimlә salamlaşmağa başladılar, hәtta
          qonaq da çağırırdılar – amma artıq buna ehtiyacımız yox idi.
          Hәtta gәlib әrzaq ehtiyatımıza baxanlar da olurdu. Filippo
          bizә görә çox sevinirdi, çünki mәnә rәğbәti vardı. Doğrudur, o
          dәrәcәdә yox ki, yemәyini bizimlә bölüşsün, ancaq hәr halda,
          onun simpatiyası bizә görә sevinmәyә kifayәt edirdi. Әrzağa
          baxandan sonra Filippo dedi:
             – Çezira, biz sәninlә burada yeganә adamlarıq ki, gәlәcәyә
          ümidlә baxa bilәrik, çünki yalnız bizim pulumuz var.
             Bu sözlәri eşidәn Mikelenin sifәti tutuldu, dişini-dişinә
          sıxıb soruşdu:
             – Buna әminsәn?
             Atası gülә-gülә әlini onun çiyninә şappıldatdı:
             – Әmin olduğum bir şey varsa, o da budur… Bәyәm
          bilmirsәn ki, pul insanın әn vәfalı dostudur?

                                                              107
   102   103   104   105   106   107   108   109   110   111   112