Page 109 - alberto moravia_Макет 1
P. 109

Çoçara


          tamaşa elәyәndә dә bu haqda danışırdım, axşamlar daxmada
          tüstüdәn gözüm yaşarmış halda ölәziyәn ocağın qırağında
          oturub, onlardan söhbәt salırdım, gecәlәr Rozettanı qucaqlayıb
          yatanda da bu barәdә düşünürdüm. Müttәfiqlәrdәn o qәdәr
          danışmışdım ki, onlar gözümdә, az qala, kәndin müqәddәs
          hamilәrinә çevrilmişdilәr. Hamilәr isә, bildiyiniz kimi, kәndlilәrin
          ümid yeridir: doğrudur, bәzәn onlara sitayiş edir, hәrdәn
          söyüb-yamanlayırlar, ancaq istәnilәn halda, nәsә umurlar.
          Hamı müttәfiqlәrdәn möcüzә gözlәyirdi: insanlar әmin idi ki,
          onlar gәlәn kimi hәr şey düzәlәcәk, әvvәlkindәn dә yaxşı
          olacaq. Әn çox canfәşanlıq edәn Filippo idi. Mәncә, o, müttәfiq
          qoşunlarının gәlişini belә tәsәvvür edirdi: bir-birinin ardınca
          düzülmüş saysız-hesabsız ağır maşınlara ağzınacan müxtәlif
          mallar yüklәnib, әsgәrlәr onların hamısını italyanlara paylayır.
          Filippo artıq cavan deyildi, alverlә mәşğul idi, özünü ağıllı
          adam sayırdı, amma yenә dә elә zәnn edirdi ki, müttәfiqlәr
          axmaqdır, onlara qarşı vuruşan, övladlarını öldürәn, onları
          xәrcә salan italyanlara yaxşılıq edәcәklәr.
               Müttәfiq qoşunların hәrәkәti ilә bağlı dәqiq mәlumat az
          idi, daha doğrusu, heç yox idi. Hәrdәnbir Tommazino vadidәn
          Sant-Yeufemiyaya gәlirdi, ancaq qara bazardan vә puldan
          savayı, heç nәylә maraqlanmadığı üçün ondan konkret nәsә
          öyrәnmәk mümkün olmurdu; hәrdәn kәndlilәrdәn dә kimsә
          gәlirdi, amma elә şeylәr danışırdılar ki, onların dediyinә uşaq
          da inanmazdı. Bәzәn Pontekorvodan gәlәnlәr dә olur, özlәri
          ilә kisәlәrdә duz vә tәnbәki gәtirirdilәr – belә şeylәrә hәmişә
          ehtiyac var. Tәnbәki yarpaqları nәmli vә acı olurdu, qaçqınlar
          onları xırda-xırda doğrayır, qәzet kağızından eşmә düzәldib
          çәkirdilәr. Duz da çox keyfiyyәtsiz idi, belә duzu, adәtәn,
          heyvanlara verirlәr. Bu oğlanlar da xәbәr gәtirirdi, ancaq bu
          xәbәrlәrdә uydurmaların payı gәtirdiklәri duzun suyundan az
          deyildi. Öz xәbәrlәrini o qәdәr bәzәyib-düzәyirdilәr ki, әvvәl-
          әvvәl onların danışdıqlarına inansaq da, sonradan çoxunun
          yalan-palan olduğu üzә çıxırdı. Danışırdılar ki, haradasa


                                                              109
   104   105   106   107   108   109   110   111   112   113   114