Page 108 - alberto moravia_Макет 1
P. 108
Alberto Moravia
Dinmәzcә onların danışığına qulaq asa-asa fikirlәşdim ki,
ola bilsin, Filippo yanılır: hәmin gün mәnim vәfalı dostumun
alıcılıq qabiliyyәti düz otuz faiz aşağı düşmüşdü. Bu gün yüz
lirәyә yalnız bir parça çörәk ala bilәrsәn, müharibәdәn әvvәl
isә bu pula yarım ay yaşamaq olardı. Әminliklә söylәyә
bilәrәm ki, müharibә zamanı nә insanlara, nә pul-paraya,
ümumiyyәtlә, heç kimә, heç nәyә inanmaq olmaz. Müharibә
hәr şeyi alt-üst edir, mәhvә sürüklәyir – gözümüzlә
gördüklәrimizi dә, görә bilmәdiklәrimizi dә.
Tommazino әrzaq gәtirәndәn sonra Sant-Yeufemiyadakı
hәyatımız mәcrasına düşdü. Biz yatıb-qalxır, daxmada ocaq
qalamaq üçün çır-çırpı, odun yığır, özümüz üçün gәzib-dolaşır,
digәr qaçqınlarla söhbәtlәşir, sәhәr yemәyi yeyirdik. Sonra
yenidәn gәzmәyә çıxır, nahar yemәyi hazırlayır, nәhayәt,
çırağın yağına qәnaәt elәmәk üçün toyuqlarla eyni vaxtda
yatağa uzanırdıq. Havalar xoş keçirdi, nә güclü külәk әsir, nә
yağış yağırdı; bu yerlәrin payızı çox gözәldir, әtraf dağların
meşә örtüyü rәngdәn-rәngә çalır. Hamı deyirdi ki, müttәfiq
qoşunların irәlilәmәsi üçün әlverişli şәrait yaranıb, onların
düşmәni әzib-keçmәsinә, Romanı azad etmәsinә heç nә mane
olmur. Ona görә dә qoşunların Neapol әtrafında boş-bekar
dayanması hamını tәәccüblәndirirdi. Sant-Yeufemiyada bütün
söhbәtlәrin әsas mövzusu bununla bağlı idi. Hamı yalnız
müttәfiqlәr barәdә danışırdı: nә vaxt gәlәcәklәr, niyә gәlib-
çıxmırlar, bu işlәrin axırı necә olacaq… Tezliklә Fondiyә
qayıdıb, әvvәlki hәyatlarına qovuşmaq istәyәn qaçqınlar
hamıdan çox narahat idilәr; kәndlilәr bir qәdәr laqeyd
görünürdülәr, ola bilsin, ona görә ki, müharibә onlara sәrf
edirdi: onlar öz evlәrini qaçqınlara kirayә verirdilәr, başqa
xırda-para xeyirlәri dә olurdu. Hәm dә kәndlilәr müharibәdәn
әvvәl dә belә yaşayırdılar, müttәfiqlәrin gәlişi ilә onların
hәyatında heç nә dәyişmәyәcәkdi.
Müttәfiqlәrdәn mәn dә çox danışırdım. Maçeralarda aşağı-
yuxarı gәzişәndә dә, Fondinin mәnzәrәsinә vә uzaqdakı dәnizә
108