Page 113 - alberto moravia_Макет 1
P. 113

Çoçara


          boş-boşuna dәstәklәmәz – axı, hәr halda, qәzetçilәr bizim
          kimi avam, heç nәdәn başı çıxmayan sadә adamlardan çox
          bilir.  Birdәn-birә qәzetlәrin “ağ” adlandırdığı şeylәrә Mikelenin
          “qara” demәsi, son iyirmi ildә İtaliyada görülәn işlәrin düzgün
          olmadığını, yaxşılığa doğru heç nәyin dәyişmәdiyini iddia
          etmәsi mәni çaşbaş salmışdı. Bir sözlә, Mikelenin sözlәrindәn
          belә çıxırdı ki, Mussolininin özü dә, nazirlәri dә, onu dәstәklәyәn
          siyasi xadimlәr vә vәzifәli şәxslәr dә – hamısı quldurdur. Elә
          belә dә dedi: quldur! Bu barәdә әminliklә, sakit vә etinasız
          danışması mәni karıxdırmışdı, söz tapıb deyә bilmirdim.
          Hәmişә eşitmişdim ki, Mussolini, әn azından, dahidir; onun
          nazirlәrinin әvәzi yoxdur, faşist tәşkilatlarının katiblәri ağıllı,
          tәdbirli, böyük adamlardır, nisbәtәn aşağı vәzifәli faşistlәr
          onların buyruğuna gözüyumulu әmәl etmәlidir. İndi birdәn-
          birә Mikele bu mükәmmәl sistemi alt-üst edir vә mәlum olur
          ki, istisnasız olaraq, onların hamısı quldurdur. Öz-özümdәn
          soruşurdum: bu fikirlәr onun başında necә yaranıb. İtaliya
          döyüş meydanlarında uduzmağa başlayandan sonra çox adamın
          fikri dәyişmişdi, amma mәnә elә gәlirdi ki, Mikele hәmişә bu
          fikirdә olub, elә bu fikirlәrlә doğulub. Bu, uşaqların bitkilәrә,
          heyvanlara, insanlara ad qoyması kimi tәbii, sadә fikirlәr idi:
          burada hәr şeyә, hәr kәsә qarşı köhnә, sәrt, qәribә bir inamsızlıq
          vardı. Tәәccüblüsü o idi ki, onun vur-tut iyirmi beş yaşı vardı,
          belә deyәk, hәyatında faşizmdәn savayı, heç nә görmәmişdi,
          onu faşistlәr böyüdüb tәrbiyә vermişdilәr vә mәntiqlә o ya
          faşist olmalıydı, ya da onları bu qәdәr әminliklә tәnqid
          etmәmәliydi. İstәnilәn halda, faşistlәrin hakimiyyәti dövründә
          böyüyәn Mikele onları yaş yuyub, quru sәrirdi. Elә fikirlәşә
          bilәrsiniz ki, onun almanlara qarşı öz haqq-hesabı varmış, axı
          әn yaxşı hökumәt belә insanı incidib-küsdürә bilәr; Mikele dә
          acığa düşüb әtrafda hәr şeyin pis olduğunu iddia edirmiş.
          Ancaq mәn Mikeleylә tez-tez bir yerdә vaxt keçirdiyim üçün
          dәqiq bilirdim ki, onun şәxsi hәyatında heç bir pis hadisә baş


                                                              113
   108   109   110   111   112   113   114   115   116   117   118