Page 117 - alberto moravia_Макет 1
P. 117
Çoçara
Mikele gülümsәdi, şәfqәtlә başını yellәyib heç nә demәdi.
Onda fikirlәşdim ki, o, kәndlilәri olduğu kimi deyil, özünün
görmәk istәdiyi kimi görür, kәndlilәri birdәn-birә dәyişdirib,
başqa şәklә salmaq mümkün deyil.
Mikele yalnız kәndlilәr vә fәhlәlәr haqqında yaxşı danışırdı,
ancaq deyәsәn, onların heç birini tanımırdı. Bir dәfә ona dedim:
– Mikele, fәhlәlәr haqqında danışırsan, ancaq onları
tanımırsan.
– Bәs sәn tanıyırsan? – soruşdu.
– Әlbәttә, tanıyıram, – cavab verdim, – dükanımda alış-
veriş elәyirlәr.
– Hansı fәhlәlәr?
– Xırda sәnәtkarlar, qalayçılar, daşyonanlar, elektromon-
tyorlar, dülgәrlәr… dükanıma çox adam gәlir.
– Yaxşı, sәncә, fәhlәlәr nә tәhәr adamlardır? – istehzayla
soruşdu, sanki mәndәn sәfeh bir cavab gözlәyirdi.
– Әzizim, bilmirәm nә tәhәr adamlardır, – cavab verdim, –
mәnim üçün fәrqi yoxdur… Başqaları necә, onlar da elә…
Yaxşısı da var, pisi dә… Bәzisi tәnbәldir, bәzisi çalışqan,
işgüzar. Bәzisi öz arvadının nazını çәkir, o birilәri küçә
qadınlarının arxasınca sülәnir, elәsi var ki, әyyaşlıq elәyir,
qumar oynayanlar da çoxdur… Bir sözlә, onların içәrisindә
hәr cürü var: sinyorlar, kәndlilәr, qulluqçular…
Onda Mikele dedi:
– Bәlkә dә, haqlısan… Sәn onları başqalarına tay tutur-
san… Hamı sәnin kimi fikirlәşsәydi, yәni onları adam yerinә
qoysaydı, bu qәdәr çәtinliyimiz olmazdı, biz dә Sant-Yeufemiya-
da әsir qalmazdıq.
– Başqaları onlara necә baxır ki?
– Başqalarına bәnzәyәn adi adamlar kimi yox, yalnız fәhlә
kimi.
– Bәs sәn?
– Mәn dә fәhlә kimi baxıram.
117