Page 121 - alberto moravia_Макет 1
P. 121

Çoçara


          sözlә, ola bilsin, onun özü dә dindar idi, amma ümidlәri boşa
          çıxmış, mәyus olmuş dindar idi. Hәyatda belә şeylәr çox olur:
          bir dә görürsәn, Mikele kimi mömin, dindar adamlar ümidsizlәşir,
          mәyusluğa qapılır vә keşişlәrә hücum etmәyә başlayır. Rozetta
          isә mәnim kimi deyildi: o, dindar idi vә başqalarının da dindar
          olmasını istәyirdi. Rozetta dini tәnqid edәnlәrә qarşı çox
          dözümsüz idi, hәtta Mikele kimi qәrәzsiz, sәmimi tәnqid
          edәnlәri dә hәzm edә bilmirdi. Ona görә dә lap әvvәldәn,
          Mikelenin keşişlәr haqqında dediklәrini eşidәn kimi, Rozetta
          baltanı kökündәn vurdu:
             – Bizimlә görüşmәk istәyirsәnsә, belә şeylәr danışmamalısan.
             Fikirlәşdim ki, söz gülәşdirmәkdәn xoşu gәlmәyәn Mikele
          hirslәnәcәk, israr etmәyә başlayacaq, ancaq nә qәdәr tәәccüblü
          dә olsa, o, etiraz etmәk әvәzinә, bir qәdәr susub dedi:
             – Bir neçә il әvvәl mәn dә sәnin kimiydim, hәtta keşiş
          olmağı düşünürdüm… sonra keçib getdi.
             Çox tәәccüblәnmişdim: heç vaxt güman etmәzdim ki,
          haçansa onun belә bir niyyәti olub.
             – Doğrudan, keşiş olmaq istәyirdin? – soruşdum.
             – Әlbәttә… – cavab verdi, – inanmırsan, atamdan soruş.
             – Bәs niyә fikrini dәyişdin?
             – Onda hәlә uşaq idim, bir az böyüyәndәn sonra başa
          düşdüm ki, mәnlik deyil, mәn keşiş olmamalıyam.
             Rozetta heç nә demәdi, bununla da söhbәt bitdi.
             Hәyat davam edir, tәәssüf ki, yaxşılığa doğru heç nә
          dәyişmirdi. Günlәrin bir günü xәbәr çıxdı ki, Fondi vadisinә
          alman diviziyası yerlәşib, cәbhә xәtti artıq Qarilyano çayının
          üzәrindәn keçir. Bu, o demәk idi ki, ingilislәr artıq irәlilәmir
          vә almanlar burada qışlamağa hazırlaşırlar. Vadidәn gәlәnlәr
          danışırdı ki, hәr yer almanlarla doludur, xüsusәn dә portağal
          bağları; bağlarda sarı, mavi, yaşıl lәkәlәri olan çadırlar qurublar,
          tankları da elә oradaca saxlayırlar. Ancaq bütün bunlar şayiә
          idi: dağlarda yaşayanlardan heç kәs almanları öz gözüylә


                                                              121
   116   117   118   119   120   121   122   123   124   125   126