Page 124 - alberto moravia_Макет 1
P. 124

Alberto Moravia


                Konçetta ilә Vinçensonun söhbәtini xatırladım – qaçqın
            haqlı idi: Filipponun divara hördüyü malları asanlıqla
            çırpışdırmaq olardı. Amma Filippo başını yellәyib әminliklә
            dedi:
                – O evin sahibi ilә mәn qohum kimiyik, bizi Müqәddәs
            Covanni birlәşdirir: mәn onun oğlunun xaç atasıyam, o da
            mәnim qızımın… Müqәddәs Covanni heç vaxt aldatmır,
            bilmirsәn?
                Bu sözlәri eşidәndә fikirlәşdim: insan nә qәdәr ağıllı olsa
            da – Filippo isә özünü ağıllı adam sayırdı – әvvәl-axır xәtaya
            yol verir, hәdәfdәn yan vurur; mәncә, Konçetta vә Vinçenso
            kimi adamlarla iş görürsәnsә, müqәddәs Covanninin kömәyinә
            arxalanmaq böyük sadәlövhlükdür, hәtta axmaqlıqdır. Amma
            ona heç nә demәdim, sadәcә susdum, axı göründüyü kimi, o,
            xәbәrdarlığa mәhәl qoyan adam deyildi.
                Severino vadidәn elә hәmin axşam qayıtdı, üst-başı toz
            içindәydi, özü dә çox kәdәrli vә ümidsiz görünürdü. Danışdı
            ki, şәhәrdә olub, sökülmüş divarı gözüylә görüb; hәr şeyini
            oğurlayıblar, artıq bu dünyadan әlini üzüb; bunu almanlar da
            elәyә bilәrdi, italyanlar da, amma onun fikrincә, italyanların
            işidir. O, şәhәrdә qalmış tәk-tük adamlarla söhbәtdәn sonra bu
            qәnaәtә gәlmişdi.
                Severino Filipponun evinin qapısı önündә stulun
            söykәnәcәyini qucaqlayıb oturmuşdu. Rәngi qapqaraydı, çırtma
            vursan, qanı çıxardı. Gözünü Fondiyә zillәmişdi, hәmişәki
            kimi bir gözü sәyriyirdi. Әli yerdәn-göydәn üzülmüş kişinin
            faciәvi görkәmi ürәk dağlayırdı, kim bilir, bәlkә, indi o, intihar
            barәdә düşünürdü. Arabir başını yellәyib, astadan deyirdi:
                – Mәnim rulonlarım… heç nәyim qalmadı… hәr şeyimi
            oğurladılar…
                O, alnını ovuşdurdu, sanki bu fikirlәri özündәn uzaqlaşdırmaq
            istә yirdi. Sonra qalxıb öz evinә tәrәf getdi, Fillippo onu
            sәslәyib, nahara dәvәt etsә dә, buna mәhәl qoymadı.


             124
   119   120   121   122   123   124   125   126   127   128   129