Page 129 - alberto moravia_Макет 1
P. 129

Çoçara


          eşәlәyib, oradan mehriban sifәti olan bir qadın şәkli çıxardı,
          qadın iki dәfә ondan yaşlı olardı. Dedi ki, arvadının şәklidir.
          Sonra müharibәdәn söz düşdü. Hans elә hey tәkrarlayırdı:
             – Biz hücum etmәk vә ingilislәri dәnizә tökmәk.
             Onun hәr sözünü başıyla tәsdiqlәyәn Filippo da ona
          qoşuldu:
             – Әlbәttә, mütlәq… Bu qatillәrin hamısını dәnizә tökәcәyik.
             Lakin alman onunla razılaşmadı:
             – Yox, qatil yox, yaxşı әsgәr.
             Filippo dәrhal әlavә etdi:
             – Şübhәsiz, yaxşı әsgәrdirlәr, onların yaxşı әsgәr olduğunu
          hamı bilir.
             – Sәn ingilis әsgәrini sevmәk, – cavabında alman dedi, –
          sәn satqınsan.
             Filippo qorxudan sarısını uddu:
             – Sevirәm?.. Dedim axı, onlar qatildir.
             Lakin alman yenә narazılıq etdi:
             –  Yox qatil, yaxşı әsgәr; amma sәnin kimi satqınlar
          ingilislәri sevmәk, kaput, – o, baş kәsirmiş kimi, әlini boğazına
          çәkdi.
             Bir sözlә, almanın ipinin üstünә odun yığmaq olmazdı, o,
          hәr şeyә etiraz edirdi. Birdәn-birә qeyzlә Severinonun üstünә
          atıldı:
             – Sәn niyә cәbhәyә getmәdi?.. Biz – alman vuruşmaq, siz –
          italyanlar burada oturmaq… sәn cәbhәyә.
             Severinonu vahimә bürüdü:
             – Mәni hәrbi xidmәtdәn azad ediblәr, sinәm ağrıyır, –
          deyib әliylә sinәsini döyәclәdi.
             Doğru deyirdi: o, tez-tez xәstәlәnirdi, deyilәnә görә,
          ciyәrinin biri yox idi. Lakin almanın qәzәbi soyumaq bilmirdi,
          o, Severinonun qolundan tutub çığıra-çığıra dedi:
             – Bu dәqiqә mәnimlә cәbhәyә getmәk…
             Alman Severinonu qapıya doğru çәkmәyә başladı. Dәrzinin
          rәngi qaçmışdı, hey gülümsәmәk istәyir, amma bacarmırdı,


                                                              129
   124   125   126   127   128   129   130   131   132   133   134