Page 133 - alberto moravia_Макет 1
P. 133

Çoçara


          mütlәq kimsә onlara xәbәr verәcәk; elә isә, yaxşısı budur,
          mallar özümüzә qalsın. Neylәyәk, Filippo, – Tonto yalvarırmış
          kimi, әllәrini irәli uzadıb, hamını başdan-ayağa süzdü, – bizim
          dә ailәmiz var, elә vaxtdır ki, ilk növbәdә, hamı öz ailәsinin
          qeydinә qalmalıdır. Demirәm yaxşı iş görmüşük, dediyim
          odur ki, buna mәcbur olduq. Siz, Filippo, ticarәtlә mәşğul
          olursunuz, Severino dәrzidir, biz isә… başımıza çarә qılmalıyıq…
          amma Severino düz elәmәdi, almanlara xәbәr vermәk nәyә
          lazım idi, gәrәk bizim yanımıza gәlәydi… danışıb hәr şeyi
          yoluna qoyardıq… elә deyilmi, Filippo?.. Rulonları satıb,
          pulunu bölüşdürә bilәrdik… vә ya әvәzindә ona nәsә verәrdik,
          bir sözlә, bu mәsәlәni öz aramızda hәll edәrdik…  Amma
          Severino öz bildiyi kimi hәrәkәt elәdi, nәticәsi dә göz
          qabağındadır. O, lәnәtә gәlmiş almanla yanımıza gәldi, bizә
          dişinin dibindәn çıxanı dedi. Alman isә avtomatını bizә tuşlayıb,
          dedi ki, evdә axtarış aparacaq. Biz axı almanlara tabeyik, ona
          görә etiraz edә bilmәzdik; qәrәz, rulonları tapıb, gәldiklәri
          maşına yüklәdilәr. Maşına minәndә Severino üzünü bizә tutub
          qışqırdı: “Necә dә olsa, dünyada әdalәt var!” Bu, necә әdalәtdir?
          Bilirsiniz alman neylәyib? Onlar yolda italyanları mәcburәn
          cәbhәyә, sәngәr qazmağa aparan yük maşınına rast gәliblәr.
          Onda alman öz maşınını saxlayıb, Severinonu avtomatla tәhdid
          edәrәk, әsir italyanları cәbhәyә aparan maşına mindirib. Bax
          belә! Severino rulonlarını qaytarmaq әvәzinә, cәbhәyә yollanmalı
          olub. Yәqin ki, alman – axı o da dәrzidir – parçanı Almaniyaya
          göndәrәcәk, orada Severinonun vә bizim hәmımızın acığına
          dәrzi atelyesi açacaq. Sözüm odur ki, Filippo, almanları bu işә
          qarışdırmaq lazım deyildi. İkisi dalaşanda, üçüncü sevinir, bu
          dәfә dә elә oldu. And içirәm, hәr şey danışdığım kimi olub.
             Tontonun söylәdiklәri hamını fikrә qәrq etdi, xüsusәn dә
          almanların hәlә dә adamları tutub, mәcburәn cәbhәyә göndәrmәsi
          xәbәri bizә pis tәsir göstәrmişdi. Doğrudur, bu barәdә eşitmişdik,
          amma eşitdiklәrimiz yalnız söz-söhbәt idi.  Tonto isә işin
          içindәydi, hәr şeydәn xәbәri vardı. Handan-hana Filippo


                                                              133
   128   129   130   131   132   133   134   135   136   137   138