Page 136 - alberto moravia_Макет 1
P. 136
Alberto Moravia
– Mikele, axı o, qaz vurub, qazan doldurmaq niyyәtindә
deyildi, sadәcә ailәsinin dolanışığını tәmin etmәk istәyirdi.
Mikele acı-acı güldü:
– Ailә! Ölkәdә törәdilәn bütün yaramazlıqlara bununla
haqq qazandırırlar. Belә deyә-deyә ailәnin dә axırına çıxacaqlar.
Mikeledәn söz düşmüşkәn, yenә deyirәm, onun qәribә
xasiyyәti vardı. Severinonun başına gәlәnlәrdәn iki gün sonra
oturub oradan-buradan söhbәt edirdik, kimsә dedi ki, uzun qış
gecәlәri çox darıxdırıcı keçir. Mikele qayıtdı ki, әgәr istәyirsinizә,
sizә mәmnuniyyәtlә kitab oxuya bilәrәm. Dәrhal razılaşdıq,
hәrçәnd, dediyim kimi, biz hara, kitab hara… Ancaq indiki
vәziyyәtdә kitablar bizi, az da olsa, kәdәrli fikirlәrdәn xilas
edә bilәrdi. Fikirlәşdim ki, Mikele bizә hansısa romanı oxumaq
istәyir.
– Nә oxuyacaqsan, – soruşdum, – sevgi romanı?
O gülümsәyәrәk cavab verdi:
– Düz tapdın, sizә sevgi haqqında oxuyacağam.
Qәrara aldıq ki, Mikele şam yemәyindәn sonra daxmada
bizә kitab oxusun: dediyim kimi, axşamlar boş-bekar otururduq.
Özüm dә bilmirәm niyә, ancaq nәdәnsә o sәhnә yaddaşıma
hәkk olunub, bәlkә, ona görә ki, o vaxtacan Mikelenin
tanımadığım tәrәflәrini görürdüm. Yadımdadır, biz ölәziyәn
ocağın kәnarında, alatoranlıqda oturmuşduq. Mәn, Rozetta vә
Paridenin ailәsi kötüklәrin üstündә, skamyalarda oturub
gözümüzü ona zillәmişdik. Mikelenin arxasındakı divardan
yağ lampası asılmışdı, o, bu lampanın işığında oxumağa
hazırlaşırdı. Daxma çox miskin görünürdü, qapı açılıb-örtüldükcә
tavanın ora-burasından sallanan qurum xәfifcә yellәnirdi. Pari-
denin qocalıb әldәn düşmüş anası daxmanın qaranlıq küncündә
oturmuşdu, gecә-gündüz yun әyirәn qarının sifәtini qırış
basmışdı – indi o, beneventolu cadugәrә oxşayırdı. Rozettayla
mәn sevinirdik ki, Mikele bizә kitab oxuyacaq, amma deyәsәn,
Paride vә ailәsinin ürәyincә deyildi: bütün günü işlәyib
yorulmuşdular, yatmaq istәyirdilәr. Adәtәn, onlar yatağa çox
136