Page 140 - alberto moravia_Макет 1
P. 140

Alberto Moravia


                Mikelenin bu hәrәkәti onun haqqında qәnaәtimi daha da
            möhkәmlәndirdi. Onun uşaqkәn keşiş olmaq istәdiyini eşidәndәn
            sonra mәnә elә gәlirdi ki, dinә qarşı sәslәndirdiyi fikirlәrә
            baxmayaraq, Mikele Filippo vә digәr qaçqınlar kimi adi
            adamlardan daha çox, din xadiminә oxşayır. Kәndlilәrin ona
            qulaq asmadığını görüb cin atına minәn Mikele moizә oxuyarkәn
            şuluqluq salan adamlara hirslәnmiş kәnd keşişinә oxşayırdı.
            Onların arasında yalnız bir fәrq ola bilәrdi: kәnd keşişi bu cür
            ifadәlәr işlәtmәzdi. Mikele adi adam yox, bütün insanları gü-
            nahkar sayan ruhani kimi davranırdı, ona elә gәlirdi ki, hamını
            doğru yola sövq etmәk onun borcudur. Mikelenin xarakterini
            göstәrmәk üçün kiçik bir faktı da diqqәtinizә çatdırım –
            yuxarıda dediyim kimi, o, heç vaxt qadınlar vә sevgi barәdә
            danışmırdı. Mәnә elә gәlirdi ki, o ümumiyyәtlә, qadınları
            tanımır. Ona görә yox ki, indiyәcәn qadınlarla yaxından tanış
            olmaq imkanı olmamışdı, ona görә ki, öz yaşıdlarına heç
            oxşamırdı. Sizә danışmaq istәdiyim hadisә dә bu fikri tәsdiqlәyir.
            Rozetta hәr sәhәr yataqdan qalxandan sonra lüt soyunub,
            soyuq su ilә çimirdi. Mәn gedib quyudan su çәkir, gәtirib
            Rozettaya verirdim. O, vedrәnin yarısını dәrhal başına әndәrir,
            sonra sabunlanıb, yerdә qalan suyla yuyunurdu. Rozetta çox
            tәmizkar qız idi; Sant-Yeufemiyaya gәlәn kimi mәni mәcbur
            etdi ki, kәndlilәrin evdә hazırladığı sabundan alım. Dağlarda
            qış düşәndәn sonra, soyuq iliyә işlәdiyi vaxtlarda belә, sәhәrlәr
            çimmәyindәn qalmırdı. Baxmayaraq ki, qışda su çox soyuq
            olurdu, suyu quyudan çәkmәk üçün buzu sındırmalı olurdum.
            Bu zaman soyuqdan qollarım keyiyir, kәndir әllәrimi sıyırırdı.
            Bir neçә dәfә mәn dә Rozetta kimi yuyunmağa cәhd elәmişdim,
            amma hәr dәfә nәfәsim tutulmuş, huşumu itirmәk dәrәcәsinә
            gәlib, bu fikirdәn daşınmışdım. Bir dәfә sәhәr tezdәn Rozetta,
            hәmişәki kimi, bir verdә buzlu suyla çimdi, ayaqları çirklәnmәsin
            deyә taxta parçasının üstünә çıxıb, qurulanmağa başladı.
            Mehriban, mәsum sifәti, iri gözlәri, bir qәdәr uzun burnu vә


             140
   135   136   137   138   139   140   141   142   143   144   145