Page 142 - alberto moravia_Макет 1
P. 142

Alberto Moravia


            vә tez gәldiyi üçün mәndәn üzr istәdi. Sonra dedi ki, Pontekor -
            vodan tәnbәki gәtirib satan bir oğlandan ciddi xәbәrlәr eşidib:
            ruslar almanların üzәrinә hücuma keçib, almanlar bütün cәbhә
            boyu geri çәkilir. Mikele әlavә etdi ki, indi tәlәsir, birazdan
            görüşәrik.
                Elә hәmin gün fürsәt tapıb onunla tәklikdә görüşdüm,
            gülә-gülә dedim:
                – Bilirsәn, Mikele, sәn heç öz yaşıdlarına bәnzәmirsәn.
                O, qaşlarını çatıb soruşdu:
                – Niyә ki?
                – Qarşında Rozetta kimi gözәl qız dayanmışdı, – dedim, –
            lüt-anadangәlmә, amma sәn heç ona fikir vermәdin, yalnız al-
            manlar, ruslar vә müharibә haqqında düşünürsәn…
                Mikele әvvәlcә tutuldu, sonra özünә gәlib hirslә dedi:
                – Boş-boş danışma! Sәn anasan, belә şeylәri necә dilinә
            gәtirirsәn?
                Onda ona dedim:
                – Hәtta tarakan balası da öz anasına gözәl görünür. Bunu
            bilmirdin, Mikele? Özü dә mәnim nә günahım? Bәyәm sәndәn
            xahiş elәmişdim ki, sәhәr tezdәn gәlib, qapını döymәdәn içәri
            keçәsәn? Bәlkә, gözünü Rozettaya zillәsәydin, hirslәnәrdim,
            amma yenә dә, ürәyimin dәrinliyindә mәnә xoş olardı, çünki
            mәn onun anasıyam. Ancaq bu şeylәrin heç biri olmadı, çünki
            sәn ona heç baxmadın da…
                Mikele birtәhәr gülümsünüb dedi:
                – Mәn belә şeylәrә әhәmiyyәt vermirәm.
                Bundan sonra bir daha onunla bu mövzuda danışmadıq.












             142
   137   138   139   140   141   142   143   144   145   146   147