Page 144 - alberto moravia_Макет 1
P. 144

Alberto Moravia


            demәliyәm ki, şәhәrdә yaşamağa öyrәşmiş insanlar tәsәvvürünә
            dә gәtirmir ki, ayaqyolu olmayan yerlәrdә yaşamaq nә demәkdir.
            Biz gündә, heç olmasa, iki-üç dәfә evdәn çıxıb, çәpәrin o
            üzünә keçmәli, әtәyimizi çirmәyib, heyvanlar kimi aşağı
            çömәlmәli olurduq. Kağız nәdir, heç qәzet dә yox idi, odur ki,
            evin yanında bitәn әncir ağacının yarpaqlarını qoparıb, kağız
            yerinә istifadә edirdik. Yağışlar başlayandan sonra bu, xoşagәlmәz
            vә çәtin mәşğuliyyәtә çevrildi: topuğacan palçığa bata-bata
            barının o tәrәfinә keçib, leysan yağışının altında әtәyini
            qaldırmaq, su damcılarının çılpaq bәdәnindә aşağıya doğru
            sürüşdüyünü hiss etmәk, sonra nәmli vә sürüşkәn әncir yarpağı
            ilә silinmәk – әsl mәşәqqәt idi. Belә hәyatı heç düşmәnimә dә
            arzulamaram. Bu azmış kimi, yağış suları otağımıza dolur,
            hәyatımızı cәhәnnәmә çevirirdi: torpaq döşәmә tamamilә
            bataqlığa çevrilmişdi, sәhәr yataqdan qalxanda yerә döşәdiyim
            daşların üstüylә qurbağa kimi tullana-tullana yerimәli olurduq.
            Bir sözlә, yağış hәr yerә soxulurdu, hәr yer çamır idi, bir azca
            ora-bura hәrәkәt elәyәn kimi, әtәyimiz, ayağımız, әlimiz
            palçığa bulaşırdı. Yuxarıdan sel-su әlәnirdi, aşağı isә palçığın
            içindәydi. Paride vә ailәsi buna öyrәncәliydi, özlәrinә onunla
            toxtaqlıq verirdilәr ki, bütün bunlar tәbii vә qaçılmazdır; belә
            yağışlar hәr il olur, odur ki, sadәcә onların qurtarmasını
            gözlәmәk lazımdır. Amma fasilәsiz yağan yağış Rozetta ilә
            mәnim üçün әsl işgәncәydi, biz belә şeylәrә öyrәşmәmişdik.
                Әn dәhşәtlisi o idi ki, havalar yağışlı keçdiyinә görә
            ingilislәr Qarilyanoda ilişib-qalmışdılar vә hücumu davam
            etdirmәyә hazırlaşmırdılar. Tәbii ki, almanlar bundan istifadә
            edib, geriyә çәkilmәk qәrarından daşındılar vә öz mövqelәrini
            möhkәmlәndirmәyә başladılar. Müharibә haqqında çox az
            şeylәr bilirәm… Bir dәfә, yağışlı sәhәrlәrin birindә nәfәsi
            tıncıxmış bir kәndli gәldi – üzәrindә çap hәrflәri ilә nәsә
            yazılmış kağız gәtirmişdi. Bu, almanların bütün şәhәr vә
            kәndlәrә yaydığı әmr idi. Mikele әmri oxuyub, mәzmununu


             144
   139   140   141   142   143   144   145   146   147   148   149