Page 149 - alberto moravia_Макет 1
P. 149

Çoçara


          ludlardan isә yağışla birgә buzlu qar dәnәlәri әlәnirdi. Yağışla
          qarın bu qarışığı sifәtimizә iynә kimi batırdı. Bizim kürәmiz
          vardı, amma otağımızı isitmәyә gücü çatmırdı, odur ki, yataqda
          bir-birimizә qısılıb uzanır, vaxtımızın çoxunu yorğan-döşәkdә
          keçirirdik. Başqa vaxtlarda isә daxmaya gedir, qaranlıqda,
          bütün günü yanan ocağın kәnarında otururduq.  Adәtәn,
          günortaya yaxın yağış bir müddәt dayanır, amma buludlar
          dağılmaq bilmirdi. Sanki buludlar yenidәn işә başlamaq üçün
          nәfәs dәrirdi. Bu zaman uzaqda, dәnizin üzәrindә duman
          qatılaşmağa başlayırdı. Günün ikinci yarısında isә yağış yenidәn
          başlayır, artıq ara vermәdәn, sәhәrәcәn yağırdı. Mikele hәmişә
          yanımızda olurdu: o danışır, bizsә qulaq asırdıq. Nә barәdә
          danışırdı? Hәr şeydәn bir az. Mikele danışmağı sevirdi, özü
          dә professor vә ya vaiz әdasıyla. Ona tez-tez deyirdim: “Sәndәn
          yaxşı keşiş çıxardı, Mikele. Heyif, bazar günlәri kilsәdә
          camaata әla moizәlәr oxuyardın!”
             Amma onu “boşboğaz” adlandırmaq olmazdı; danışdıqları
          hәmişә maraqlı olurdu, naqqallar isә әvvәl-axır adamı bezdirir.
          Mikele elә maraqlı şeylәr danışırdı ki, çox vaxt әlimdәki işi
          qoyub, ona qulaq asırdım. Mikelenin ağzı qızışanda dayanmaq
          bilmirdi, fәrqindә dә olmurdu ki, bәlkә, artıq gecdir vә ya
          çıraq sönüb, yaxud, bәlkә, Rozettayla mәn bir neçә dәqiqәliyә
          tәk qalmaq istәyirik. Monoton tәsir bağışlasa da, hәmişә odlu-
          alovlu vә sәmimi danışırdı, bәzәn onun sözünü kәsib: “Yaxşı,
          yatmaq vaxtıdır” vә ya “gedәk, nahar elәyәk,” – deyәndә
          dilxor olur, tәәccüblәnirdi. Üzündә belә bir ifadә yaranırdı:
          “Yelbeyin, yüngül qadınlarla danışmaq belәdir dә, boş yerә
          vaxt itirmәkdir”.
             Yağışların ara vermәdiyi qırx gün әrzindә maraqlı heç nә
          baş vermәdi. Filippo vә onun ortağı  Vinçensonun başına
          gәlәnlәrdәn savayı. Sizә bu barәdә danışmaq istәyirәm. Sәhәr
          tezdәn idi; yağış çisәlәyirdi, göy üzü dәniz tәrәfdәn gәlәn
          qara buludlarla örtülmüşdü. Filippo Paridedәn aldığı keçini



                                                              149
   144   145   146   147   148   149   150   151   152   153   154