Page 150 - alberto moravia_Макет 1
P. 150

Alberto Moravia


            kәsmәyә hazırlaşırdı. Keçini kәsib satacaq vә әlbәttә, böyük
            hissәsini özünә götürәcәkdi. Qaçqınlar dirәyә bağlanmış ala
            keçinin әtrafına toplaşıb, bekarçılıqdan bir-biri ilә mübahisә
            edirdilәr: heyvanın diri çәkisi nә qәdәrdir, kәsib tәmizlәyәndәn
            sonra nә qәdәr әt qalacaq? Yağış hamını islatmışdı, ayağımız
            topuğacan palçığın içindәydi. Birdәn Rozetta qulağıma pıçıldadı:
                – Ana, keçiyә yazığım gәlir. Bax o, hәlә canlıdır, bir neçә
            dәqiqәdәn sonra isә onu öldürәcәklәr… Mәndәn asılı olsaydı,
            onu kәsmәzdim…
                – Bәs onda nә yeyәrdin? – soruşdum.
                – Çörәk vә tәrәvәz… mütlәq әt yemәliyik? Mәnim bәdәnim
            dә әtdәndir, özü dә keçi әtindәn çox da fәrqlәnmir… onun
            günahı nәdir? Nә olsun ki, heyvandır, dili-ağzı yoxdur, özünü
            müdafiә elәyә bilmir?
                Demәk istәyirәm ki, müharibәnin tüğyan etdiyi, insanların
            aclıq çәkdiyi bir vaxtda Rozetta belә fikirlәşirdi. Ola bilsin,
            bir qәdәr sadәlövh fikirlәşirdi, amma bu sözlәr onun nә qәdәr
            dәrrakәli olduğunu göstәrir. Dediyim kimi, Rozettada heç bir
            qüsur tapmaq mümkün deyildi – o, müqәddәslәr kimi kamil
            insan idi. Bәlkә dә, onun kamilliyi tәcrübәsizliyin vә
            mәlumatsızlığın nәticәsiydi, lakin istәnilәn halda, Rozetta
            sәmimiydi, öz sözlәri ilә danışırdı. Sonralar gördüm ki, onun
            kamilliyi istixanada yetişdirilәn, açıq havada isә solub-quruyan
            çiçәk kimi kövrәk, qeyri-tәbii imiş. Amma o anlarda Rozettanın
            sözlәri ürәyimi riqqәtә gәtirdi, bu cür rәhmdil, ürәyiyumşaq
            qızım olduğuna görә Tanrıya şükür elәdim.
                Nә isә, İnyasio adlı qәssab – o, heç qәssaba oxşamırdı,
            gözlәri çuxura düşmüş, uzun bakenbard qoymuş, hәmişә
            kәdәrli gәzib-dolaşan çalsaç bir adam idi – pencәyini soyundu.
            Keçinin bağlandığı dirәyin yanında qәssab üçün stol qoyulmuşdu,
            stolun üstündә iki mәtbәx bıçağı, böyük bir kasa vardı. İnyasio
            xәstәxanada әmәliyyata hazırlaşan hәkimi xatırladırdı. O,
            bıçaqlardan birini götürüb ovxarını yoxladı; sonra keçiyә
            yaxınlaşdı, buynuzundan yapışıb boynunu geriyә qanırdı.


             150
   145   146   147   148   149   150   151   152   153   154   155