Page 146 - alberto moravia_Макет 1
P. 146

Alberto Moravia

                – Hara gedәk axı?
                Digәrlәri әmri bir daha oxumağı xahiş edir, axıracan
            dinlәdikdәn sonra deyirdilәr:
                – Ola bilmәz, bu, mümkün deyil.
                Yoxsul kәndlilәr başa düşmürdülәr ki, almanlar üçün
            mümkün olmayan şey yoxdur, hәm dә axı bu mümkün olmayanı
            almanların özü yox, başqaları etmәliydi. Üç azyaşlı uşaq anası
            olan Paridenin gәlini (onun әri Rusiyadaydı) sakitcә dedi:
                – Heç yerә gedәn deyilәm, әvvәlcә uşaqları, sonra da
            özümü öldürәcәyәm.
                Başa düşdüm ki, gәlin ümidsizliyә qapıldığı üçün belә
            danışmır, sadәcә qadın bilirdi ki, üç körpә uşaqla qışda dağ
            cığırları ilә harasa getmәk – onları ölümün çәnginә atmaq
            demәkdir; ona görә onları bihudә әzab-әziyyәtә düçar etmәmәk
            üçün elә indidәn öldürsә yaxşıdır. Yәqin, çoxları elә Anita
            kimi düşünürdü.
                İçimizdә başını itirmәyәn yeganә adam Mikele idi; o,
            almanların hakimiyyәtini tanımırdı, tez-tez deyirdi ki, onların
            hamısı cinayәtkar, quldurdur; sadәcә hәlәlik güclüdürlәr, çünki
            silahları var, ona güvәnirlәr.  Yәqin, buna görә Mikele heç
            tövrünü dә dәyişmәdi, alman komandanlığının әmrini oxuyandan
            sonra kinayә ilә gülümsünüb dedi:
                – Kim idi deyәn ki, almanlarla ingilislәr bir bezin qırağıdır,
            qoy indi başına çarә qılsın.
                Hamı susdu; Filippo da sakit dayanmışdı – Mikele, әslindә,
            atasına eyham vururdu. Axşamçağı idi, hamımız daxmada,
            ocağın qırağında oturmuşduq. Paride dedi:
                – Sәn bizә lağ edirsәn, amma bu, bizim üçün ölüm
            demәkdir… Evimiz, mal-qaramız… hәr şeyimiz buradadır…
            Biz çıxıb getsәk, bunlar necә olacaq?
                Dediyim kimi, Mikele qәribә adam idi – hәm xeyirxah,
            hәm sәrt, hәm alicәnab, hәm dә daşürәk. O, gülә-gülә dedi:
                – Neylәmәk olar, hәr şeyinizi itirәcәksiniz, sonra da, yәqin
            ki, ölәcәksiniz… Bunda qәribә nә var? Necә ki polyaklar,


             146
   141   142   143   144   145   146   147   148   149   150   151