Page 143 - alberto moravia_Макет 1
P. 143
Çoçara
V fәsil
Bizi öz dәhşәtli xәbәrlәri ilә qorxuya salan Tonto çıxıb
gedәndәn sonra yağışlar başladı. Oktyabr ayında havalar xoş
keçirdi, göy üzü buludsuz, hava tәmiz vә külәksiz idi. Belә
havalarda biz, heç olmasa, gәzmәklә, açıq havada oturub
Fondiyә tamaşa etmәklә gün keçirirdik. Ancaq bir gün sәhәr-
sәhәr hәr şey dәyişdi: uzaqda dәnizin üzәrinә duman çökdü,
göy üzünü buludlar aldı – bütün bunlar qaynayan qazanın
buğlanmasını xatırladırdı. Hava çox bürkülü idi, nәfәs almaq
olmurdu. Dәnizdәn әsәn rütubәtli külәk qara buludları sәmanın
hәr tәrәfinә dağıtmışdı. Bu yerlәrdә doğulub-böyümüş qaçqınlar
deyirdilәr ki, külәk sәmtini dәyişәnә qәdәr yağışlar ara
vermәyәcәk; sonra ilıq dәniz külәyi – sirokkonu, dağlardan
әsәn soyuq külәklәr – tramontanı әvәzlәyәcәk. Elә dә oldu:
günortaya yaxın yağış başladı, qaçıb daxmada gizlәndik vә
yağışın kәsmәyini gözlәdik. Amma sәn saydığını say! Bütün
günü yağış yağdı. Ertәsi gün göy üzü tamamilә buludlarla
örtülmüşdü, dağlar dumandan görünmәz olmuşdu, vadidәn
әsәn külәk yeni-yeni qara buludları üzüyuxarı, dağlara sarı
qovurdu. Belәcә, düz bir aydan çox yağış kәsmәdi.
Şәhәrlilәr yağışdan qorxur: onlar taxta vә ya mәrmәr
döşәmәnin üzәrindә gәzir, küçәdә isә sәkinin, asfaltın üstündәn
düşmürlәr. Amma burada, Sant-Yeufemiyada, maçerada yağış
әsl mәşәqqәt idi. Biz bütün günü damı çökmüş daxmada,
pәncәrәsiz otaqda oturub, açıq qapıdan yağışa baxırdıq. Mәn
çarpayıda, Rozetta isә Paridedәn icarәyә götürdüyümüz stulda
otururdu. Ara vermәyәn yağışa mat qalmışdıq, sәhәrdәn-
axşamadәk oturub yağışa baxır, elә hey yağış haqqında, onun
törәtdiyi narahatlıqlar barәdә danışırdıq. Evdәn kәnara çıxmaq
mümkün deyildi, amma odun gәtirmәk vә tәbii ehtiyaclarımızı
ödәmәk üçün çıxmalı olurduq. Xoşagәlmәz söhbәt olsa da,
143