Page 141 - alberto moravia_Макет 1
P. 141
Çoçara
әtli dodaqlarına baxanda, onu quzuya oxşadırdın, amma heç
vaxt demәzdin ki, belә möhkәm bәdәni var. Sinәsi çox da
böyük deyildi, amma dümağ döşlәri dünyaya yenicә uşaq
gәtirmiş qadın döşlәri kimi irilәnmişdi, sanki südlә doluydu,
qabarıq, dik duran döş gilәlәri ilә körpәsini әmizdirmәyә
hazırlaşan ananı xatırladırdı. Amma beli yeniyetmә qız beliydi
– şümal, hәtta bir qәdәr içәriyә batıq. Güclü, әzәlәli baldırlarının
arasından görünәn qıvırcıqlı, qalın tük topası sancaq döşәkçәsinә
oxşayırdı. Arxadan baxanda Romanın şәhәr parklarındakı ağ
mәrmәrdәn düzәldilmiş heykәllәrә bәnzәyirdi, çiyinlәri yumru,
dolu idi, uzun belinin aşağı hissәsindә cavan atın belindәki
kimi dәrin çökük vardı. Yumru, ağ, әzәlәli sağrıları ikiyaşlı
uşağın yanları kimiydi – adamın öpmәyi gәlirdi. Çimәndәn
sonra kürәyini dәsmalla silәrkәn, dik dayanan gözәl sinәsi
yüngülcә tәrpәnir, bütün vücudu hәrәkәtlәnirdi. Mәnә hәmişә
elә gәlirdi ki, hansı kişi mәnim qızımı çılpaq görsә, öz
temperamentindәn asılı olaraq, hәyәcanlanmalı, qızarmalı vә
ya bәnizi ağarmalıdır. Kişi nә barәdә fikirlәşirsә-fikirlәşsin,
qarşısında çılpaq qadın görcәk başını itirir, ovçu güllәsinin
sәsindәn ürküb dağılışan quşlar kimi, bütün fikirlәri huşundan
çıxır.
Günlәrin bir günü sәhәr tezdәn Mikele bizә gәldi. O,
qapını döymәdәn içәri girәndә Rozetta daxmanın küncündә
lüt-anadangәlmә dayanıb, bәdәnini qurulayırdı. Bu vaxt mәn
kandarın önündә oturmuşdum, “Girmә, Rozetta çimir” deyib,
onu saxlaya bilәrdim. Amma, boynuma alıram, onu saxlamaq
istәmәdim, çünki analar hәmişә öz qızlarıyla qürrәlәnir; bu an
qızımın gözәlliyindәn qürur duymaq istәyim abır-hәya hissini
üstәlәdi. Fikirlәşdim: “O, qızımı çılpaq görәcәk… nә olsun,
bunu qәsdәn elәmir ki… qoy baxsın, görsün mәnim Rozettam
necә yaraşıqlı qızdır”. Belә fikirlәşib dinmәdim vә Mikele
qapını açan kimi Rozettayla üz-üzә gәldi. Qız әlindәki dәsmalla
üst-başını örtmәyә çalışır, mәnsә Mikeleyә göz qoyurdum.
Mikele qarşısında çılpaq qız görәn kimi karıxıb, arxaya çevrildi
141