Page 138 - alberto moravia_Макет 1
P. 138

Alberto Moravia


                Paride elә bildi ki, Mikele ona irad tutur.
                – Yaxşı bilirsәn ki, vadidәki kilsәyә gedib-gәlmәk üçün
            bir gün vaxt lazımdır. Biz sәhәrdәn-axşamacan işlәyirik,
            kilsәyә getmәk üçün vaxt itirә bilmәrik.
                Mikele heç nә demәyib, oxumağa başladı.
                Әminәm ki, mәnim xatirәlәrimi oxuyan hәr kәs Lazar
            haqqında pritçanı bilir, ona görә dә bu barәdә yazmıram. Özü
            dә, Mikele bu ibrәtamiz hekayәni heç bir izahat vermәdәn
            oxumuşdu.  Yalnız onu qeyd edim ki, Mikele oxuyarkәn,
            kәndlilәrin üzündә süstlük, etinasızlıq, mәyusluq ifadәsi vardı.
            Onlar sevgi romanı dinlәmәk istәyirdilәr, Mikele isә onlara
            hansısa möcüzә haqqında ibrәtli hekayә oxuyurdu. Mәnә elә
            gәlirdi ki, nә kәndlilәr, nә dә Mikelenin özü bu möcüzәyә
            inanmır. Odur ki, tezliklә kәndlilәr darıxmağa başladı –
            qadınlardan ikisi alçaqdan söhbәt edir, üçüncüsü durmadan
            әsnәyirdi; hәtta diqqәtli adam kimi tanınan Paridenin sifәtindә
            dә qeyri-müәyyәn ifadә yaranmışdı, o, tamamilә hissiyyatsız
            insan tәsiri bağışlayırdı. Mikele isә oxuduqca, özünün dә
            inanmadığı әhvalatdan tәsirlәnmiş kimi görünürdü. O, “İsa
            Mәsih ona dedi: mәn dirilmәnin vә hәyatın özüyәm” ibarәsinә
            çatanda dili topuq vurdu, baxıb gördük ki, gözlәrindәn yaş
            gәlir. Belә başa düşdüm ki, onun gözlәri oxumaqdan yaşarıb.
            O, bu ibrәtli hekayәti  nә şәkildәsә, bizim indiki vәziyyәtimizlә
            әlaqәlәndirirdi. Sonradan aydın oldu ki, fikrimdә haqlıyam.
            Oturub darıxan, Mikelenin Lazara görә ağlaya bilәcәyini
            ağlına belә gәtirmәyәn qadınlardan biri birdәn-birә qayğı ilә
            soruşdu:
                – Mikele, tüstü sәnә mane olur?.. Bu daxma hәmişә tüstülü
            olur…
                Dediyim kimi, daxmanın bacası yox idi, damda dәlik dә
            açılmadığından tüstü yalnız tavanı әvәzlәyәn şaxların arasından
            yavaş-yavaş çәkilib gedirdi, ona görә çox vaxt burada göz-
            gözü görmürdü. Әksәr hallarda tüstüdәn daxmadakı adamların


             138
   133   134   135   136   137   138   139   140   141   142   143