Page 139 - alberto moravia_Макет 1
P. 139

Çoçara


          hamısının gözü yaşarırdı, iki it vә yanıbalalı pişik dә bizә
          qoşulub “ağlayır”dı. Qadın tüstüdәn elә-belә, üzrxahlıq etmәk
          mәqsәdilә danışırdı, amma Mikele birdәn-birә yerindәn dik
          atıldı, gözlәrini silib, gözlәnilmәdәn qışqırmağa başladı:
             – Nә tüstü! Nә daxma!.. Nә danışırsınız? Sizә daha heç nә
          oxuyan deyilәm, çünki heç nә anlamırsınız… Sizә nәsә başa
          salmağın xeyri yoxdur. Ancaq yadınızda saxlayın: sizin hәr
          biriniz Lazarsınız… Lazar haqqında oxuyarkәn, әslindә, hәr
          birimizi nәzәrdә tuturdum: sәni Paride, sәni Luiza, sәni Çezira,
          sәni Rozetta, mәnim özümü, o yaramaz Tontonu vә bәdbәxt
          Severinonu, burada –  dağlarda yaşayan qaçqınları, oradakı –
          vadidәki almanları vә faşistlәri, bir sözlә, hamını… Siz hamınız
          ölüsünüz, biz hamımız ölüyük, amma özümüzü diri sayırıq…
          Nә vaxta qәdәr ki әlimizdәki bir-iki rulona, qorxularımıza,
          qayğılarımıza, ailәmizә, uşaqlarımıza görә özümüzü diri
          sayacağıq, demәli, ölüyük…  Yalnız öldüyümüzü, çoxdan
          öldüyümüzü, meyit iyi verdiyimizi başa düşdüyümüz gün,
          yalnız bundan sonra yavaş-yavaş ayılıb, hәyata qayıtmağa
          başlayacağıq. Gecәniz xeyirә qalsın!
             Mikele ayağa qalxıb, iti addımlarla qapıya sarı getdi,
          gedәrkәn çırağı vurub saldı, otaq zülmәtә qәrq oldu. O, qapını
          çırpıb çıxandan sonra bir müddәt qaranlıqda sәssiz-sәmirsiz
          oturduq. Nәhayәt, Paride әlhavasına çırağı tapıb yandırdı.
          Mikelenin nәzakәtsiz hәrәkәti barәdә heç kim danışmaq
          istәmirdi, yalnız Paride hәr şeyi bilәn adam әdasıyla dedi:
             – Mikeleyә nә var, ona danışmaq asandır – o, sinyor
          oğludur, bizim kimi kәndli deyil.
             Mәncә, qadınlar da eyni fikirdәydi: belә şeylәrlә mәşğul
          olmağa yalnız sinyorların vaxtı var – onlar torpaq әkib-
          becәrmir, tәr tökmür. Tezliklә sağollaşıb dağılışdıq. Ertәsi gün
          Mikele dünәnki davranışı barәdә heç nә demәdi, ancaq bizә
          kitab oxumağı da bir daha tәklif etmәdi.


                                                              139
   134   135   136   137   138   139   140   141   142   143   144