Page 135 - alberto moravia_Макет 1
P. 135

Çoçara


             Tonto artıq özünü sәrbәst aparırdı, hәmişәki sırtığa, hәyasıza
          çevrilmişdi. O hәtta Filippodan rüşvәt qoparmaq fikrinә düşdü –
          bilirdi ki, qaçqınların әn varlısı odur.
             – İstәsәn, sәnin oğlun üçün alman kapitanından xahiş
          edәrәm, onu yaxşı tanıyıram, әlbәttә, sәn istәyirsәnsә…
             Qorxudan sarısını udmuş Filippo, bәlkә dә,  Tonto ilә
          sövdәlәşmәyә başlayacaqdı, amma elә bu vaxt, gözlәnilmәdәn
          Mikele irәli çıxıb Tontonun üstünә çımxırdı:
             – Burada sәnin nә işin var? Rәdd ol, get!
             Hamımız bәrk qorxuya düşdük, çünki  Tontonun әl
          qumbaraları vә tüfәngi vardı, Mikele isә silahsız idi.
             – Mәndәn demәk, özünüz bilәrsiniz… mәn getdim, – o,
          könülsüz cavab verdi vә ayağa qalxıb qapıya sarı yönәldi.
          Hamımız onun ardınca çölә çıxdıq. Mikele uzaqlaşan Tontonun
          arxasınca qışqırdı:
             – Başqalarının dәrdi sәnә qalmayıb, get öz işinlә mәşğul
          ol… Bugün-sabah almanlar tüfәngini әlindәn alıb, Severino
          kimi, sәni dә sәngәr qazmağa göndәrәcәk.
             Tonto arxaya çevrildi, iki barmağını buynuz kimi qatlayıb,
          Mikeleyә göstәrdi, yәni “dilin qurusun!”. Bundan sonra onu
          bir daha görmәdik.
             Tonto çıxıb gedәndәn sonra Mikele bizimlә gәldi. Rozettayla
          mәn malından olmuş, üstәlik, almanların çәnginә keçmiş
          bәdbәxt Severinonun müsibәti haqqında danışır, onun halına
          acıyırdıq. Başını aşağı salıb, yanımızda kirimişcә addımlayan
          qaşqabaqlı Mikele birdәn-birә çiynini çәkib dedi:
             – Ona haqq olur.
             – Nә danışırsan? – etiraz etdim, – yazığı soyublar, üstәlik,
          özünü dә öldürә bilәrlәr.
             Mikele bir qәdәr susub, birdәn-birә qışqırdı:
             – Onlar hәr şeylәrini itirmәsәlәr, heç nә qanmayacaqlar!..
          Yalnız hәr şeydәn mәhrum olandan sonra ağıllanacaqlar,
          itirdiklәrinin fikrini çәkә-çәkә qanlı göz yaşları tökәcәklәr.



                                                              135
   130   131   132   133   134   135   136   137   138   139   140