Page 130 - alberto moravia_Макет 1
P. 130

Alberto Moravia


            oradakıların hamısı tәәccübdәn vә qorxudan donub-qalmışdı.
            Mәn dә qorxdum, ürәyim ayağımın altına düşdü. Alman Seve -
            rinonun qolundan tutub dartışdırır, Severino isә Filippodan
            yapışıb müqavimәt göstәrirdi. Lakin qәflәtәn alman qәhqәhә
            çәkib gülmәyә başladı:
                – Dostluq… dostluq… sәn dәrzi, mәn dә dәrzi… sәn
            rulonları qaytarmaq vә zәngin olmaq… mәn cәbhәyә getmәk
            vә ölmәk.
                Hans gülә-gülә әlini Severinonun çiyninә şappıldatdı. Bu
            sәhnә mәnә qәribә tәsir bağışladı, sanki qarşımdakı insan yox,
            gah pişik kimi xoruldayan, gah da dişlәrini qәzәblә qıcıyan
            heyvandır, bilmirsәn onunla necә rәftar edәsәn. Mәnә elә gәlir
            ki, Severino “bu heyvan mәni tanıyır… mәni heç vaxt dişlәmәz”
            deyәn adamlar kimi, böyük bir sәhvә yol vermişdi.
                Sonrakı hadisәlәr göstәrdi ki, gümanımda haqlıymışam.
                Bu sәhnәdәn sonra alman yenidәn yumşaldı, bir az da
            çaxır içdi vә deyib-gülmәyә başladı. Severino yenә arxayınlaşdı
            vә Hansın başı nәyәsә qarışan kimi Filippoya sarı әyilib
            pıçıldadı:
                – Görәcәksәn, elә bu gün rulonlarımı geri qaytaracağam.
                Bir müddәt sonra alman stolun arxasından qalxıb, kәmәrini
            bәrkitdi, hәtta zarafatla dedi ki, yaxşıca yeyib-içәndәn sonra
            kәmәr adamın belinә gәlmir. Sonra Severinoya tәrәf döndü:
                – Biz aşağı getmәk, sәn geriyә öz rulonlarınla qayıtmaq.
                Severino qalxıb, onun arxasınca çıxdı, alman yenә dabanını
            dabanına vurdu vә tәşәxxüs sata-sata maçeradan vadiyә aparan
            cığırla aşağı enmәyә başladı. Severino dabanbasaraq onun
            arxasınca gedirdi. Hamıyla birgә evdәn çıxıb, onun ardınca
            baxan Filippo başını yellәdi:
                – Severino çox sadәlövhdür, onun yerinә olsaydım, bu
            almana bel bağlamazdım.
                Severinonu gecәnin yarısına kimi gözlәdik, amma o qayıt -
            madı. Ertәsi gün onların yaşadığı evә getdik, gördük arvadı
            qaranlıqda oturub ağlayır. Yanında bir kәndli qarı da oturmuşdu,
            cәhrәdә yun әyirә-әyirә tәkrarlayırdı:


             130
   125   126   127   128   129   130   131   132   133   134   135