Page 126 - alberto moravia_Макет 1
P. 126

Alberto Moravia


            ümidinә qalmışdı. Jandarmlar sinәsindә orden zәncirinә bәnzәr
            nişan gәzdirirdi, onları başqa alman әsgәrlәrdәn fәrqlәndirәn
            yeganә әlamәt bu idi. Şәhәrdә alman qanunları hökm sürürdü,
            biz italyanlar üçün onlardan baş açmaq çәtin idi. Adama elә
            gәlirdi ki, bu qanunlar xüsusi olaraq adamları tutmaq, oğurlamaq,
            әzab-әziyyәt vermәk üçündür. O vaxtlar baş verәn hadisәlәr
            barәdә tәsәvvürünüz olsun deyә, bir әhvalat danışmaq istәyirәm.
            Sant-Yeufemiya yaxınlığında yaşayan bir kәndli öz qardaşı
            oğlunu – on sәkkiz yaşlı gәnci bıçaqlayıb üzümlüyә atmışdı.
            Oğlanı qan aparmışdı. Hadisә sәhәr saat doqquzda baş vermişdi.
            Axşam saat sәkkizdә isә qatil yarım kilo әt almaq üçün sal-
            laqxanaya yollanmışdı. Onun qatil olduğunu bilә-bilә, heç kәs
            ürәk elәyib kәndliyә güldәn ağır söz demәmişdi. Hamı qorxur,
            heç kәs özünü işә salmaq istәmirdi.  Yalnız bir qadın ona
            demişdi:
                – Nә qansız adamsan… Qardaşın oğlunu öldürmüsәn,
            amma heç nә olmamış kimi әt almağa gәlmisәn.
                Cavabında kәndli demişdi:
                – Neylәmәk olar, qismәt belәymiş… mәni isә heç kәs tut-
            mayacaq, çünki nә qanun var, nә qayda, kimin kefi nә istәyir,
            onu da elәyir.
                Kәndli düz deyirdi: onu hәbs etmәdilәr; o, qardaşı oğlunu
            әncir ağacının altında basdırıb, әvvәlki hәyatına qayıtdı.
                Demәk istәyirәm ki, әdalәt mәhkәmәsi deyilәn şey yox
            idi. Ona görә dә Severino istәyirdi ki, özü oğruları tapıb
            cәzalandırsın. Bir dәfә sәhәr tezdәn qaça-qaça bir oğlan gәldi,
            nәfәsi tutula-tutula xәbәr verdi ki, Severino almanlarla birgә
            buraya gәlir; almanlar söz veriblәr ki, ona kömәk elәyәcәklәr,
            rulonları tapıb, geri qaytaracaqlar. Sant-Yeufemiyada iyirmiyә
            yaxın qaçqın vardı, hamısı maçeranın kәnarında toplaşıb
            gözünü cığıra dikmişdi: hamı almanlarla Severinonun yolunu
            gözlәyirdi. Rozettayla mәn dә onlara qoşulduq. Hamı deyirdi
            ki, Severino düz elәyib, indi almanların hökmü keçir, onlar


             126
   121   122   123   124   125   126   127   128   129   130   131