Page 131 - alberto moravia_Макет 1
P. 131

Çoçara


             – Ağlama, gәlin, ağlama… Severino qayıdacaq, hәr şey
          yaxşı olacaq.
             Severinonun arvadı isә başını bulayaraq cavab verirdi:
             – Ürәyimә damıb ki, o, bir dә qayıtmayacaq… bunu
          çoxdan hiss etmişәm.
             Qadının könlünü almaq istәdik, amma elә hey ağlayır,
          kirimәk bilmirdi. Ağlaya-ağlaya deyirdi ki, hәr şeyin baiskarı
          özüdür; Severino ona vә qızına görә özünü oda atıb, varlanmaq
          istәyib; yaxşı arvad olsaydı, bu lәnәtә gәlmiş rulonları alanda
          әrinә mane olardı. Qadına nә qәdәr tәskinlik vermәk istәsәk
          dә, xeyri olmadı, çünki Severino gәlib çıxmaq bilmirdi: bu,
          fakt idi, faktın qarşısında isә hәr şey acizdir. Bütün günü
          yanında qalıb, ona tәsәlli vermәyә çalışdıq. Severinonun yoxa
          çıxması ilә bağlı hәrә bir ehtimal irәli sürürdü. Lakin qadını
          sakitlәşdirmәk mümkün olmadı, o ağlayıb-sıtqayır, elә hey
          deyirdi ki, әri bir daha qayıtmayacaq. Ertәsi gün әrinin hara
          yox olduğunu öyrәnmәk üçün qızını da götürüb vadiyә yollandı.
             Üstündәn bir neçә gün keçdi. Nә Severinodan, nә dә
          arvadından xәbәr çıxmadı. Nәhayәt, Filippo Severinonun
          başına gәlәnlәrdәn xәbәr tutmaq qәrarına gәldi vә qoca kәndli
          Nikolanı (Nikola artıq işdәn-gücdәn ayrılmışdı, bütün gününü
          maçerada uşaqlarla keçirirdi) yanına çağırıb xahiş etdi ki,
          Severino haqqında mәlumat toplasın. Bunun üçün o, Severinonun
          rulonlarını çırpışdıran faşistlәrin yaşadığı xutora getmәliydi.
          Qoca әvvәlcә boyun qaçırdı, amma Filippo ona üç yüz lirә
          vәd elәyәndәn sonra pul üçün özünü oda atmağa belә hazır
          olan Nikola sәssiz-sәmirsiz öz eşşәyini çullamağa yollandı.
          Nikola bizә dedi ki, vadidәki qohumlarının evindә gecәlәyәcәk
          vә yalnız sabah qayıdacaq. Sonra pendir-çörәk götürüb, eşşәyinә
          mindi vә yola düzәldi. Onunla sağollaşandan sonra dayanıb
          ardınca xeyli tamaşa elәdik. Başına qara papaq qoymuş Nikola
          eşşәyin belindә dümdüz oturmuşdu, tәnbәki çubuğunu ağzından
          çıxarmamışdı, ağ patavalı ayaqları, az qala, yerlә sürünürdü.


                                                              131
   126   127   128   129   130   131   132   133   134   135   136