Page 132 - alberto moravia_Макет 1
P. 132

Alberto Moravia


            Filip po ona tapşırmışdı ki, orada “Tonto” adlı adama müraciәt
            elәsin, o, başqa faşistlәr kimi nadürüst deyil. Qoca söz verdi
            ki, hәr şeyi Filippo dediyi kimi elәyәck.
                Bir gün sonra, axşamtәrәfi gördük ki, Nikola cığırla gәlir.
            O, yüyәni çәkirdi, eşşәyin belindә isә  Tonto oturmuşdu.
            Maçeraya çatanda Tonto eşşәkdәn düşdü. Bu, üzünü saqqal
            basmış, kәdәrli gözlәri çuxura düşmüş, qarabuğdayı bir kişiydi,
            uzun burnunun ucu, az qala, ağzına çatırdı. Dәrhal hamı
            toplaşıb, sual dolu baxışlarını ona zillәdi. Amma o susurdu,
            karıxmış kimi görünürdü. Qoca Nikola eşşәyin yüyәnindәn
            yapışıb dedi:
                – Alman rulonları özünә götürüb, Severinonu isә cәbhәyә
            sәngәr qazmağa göndәrib. Belә-belә işlәr…
                Qoca öz eşşәyinә minib çıxıb getdi. Heyrәtdәn yerimizdә
            donub-qalmışdıq, demәyә söz tapmırdıq. Çәkilib bir kәnarda
            dayanan  Tontonun sifәtindәn pәrtlik yağırdı. Filippo hirslә
            üzünü ona tutdu:
                – Sәn niyә gәlmisәn?
                Tonto bir addım irәli çıxıb, müticәsinә dedi:
                – Mәni qınamayın, Filippo… bizdә günah yoxdur, gәlmişәm
            hadisәni olduğu kimi sizә danışam.
                Hamı ona nifrәtlә baxsa da, Severinonun başına gәlәnlәrdәn
            dә xәbәr tutmaq istәyirdi. Nәhayәt, Filippo könülsüz dә olsa,
            Tontonu evә dәvәt etdi. Evdә Tonto paxla torbasının üstündә
            oturdu, Filippo isә ayaq üstә qaldı. O, Tontonun qarşısında
            dayanıb ona çaxır süzdü. Biz hamımız qapının önünә
            toplaşmışdıq.  Tonto sakitcә çaxır stәkanını başına çәkib,
            danışmağa başladı:
                – Boynuma alıram, rulonları biz götürmüşdük…  Ağır
            zәma nә dir, Filippo, hәr kәs özünü fikirlәşmәlidir, Allah isә –
            hamını… Severinoya elә gәlirdi ki, gizlәtdiyi malların yerini
            heç kәs bilmir, ancaq yanılırdı: bunu bilәn çox idi. Ona görә
            dә fikirlәşdik:  rulonları biz götürmәsәk dә, almanlar götürәcәk –


             132
   127   128   129   130   131   132   133   134   135   136   137