Page 128 - alberto moravia_Макет 1
P. 128

Alberto Moravia


            kәsәndә, görürsәn içәridәn çürüyüb. Әsgәrin gözlәri maviydi,
            amma yaraşıqlı deyildi; soluxmuş, ifadәsiz gözlәr sanki şüşәdәn
            düzәldilmişdi. Severino fәxrlә bildirdi ki, Hansla dostlaşıb,
            çünki müharibәdәn әvvәl Hans da onun kimi dәrzi işlәyib,
            ona görә tez dil tapıblar. Severino başına gәlәn hadisәni yerli-
            yataqlı danışıb, Hans da söz verib ki, rulonları tapmaqda
            kömәyini әsirgәmәyәcәk. Çünki özü dә dәrzi olduğundan
            Severinonun müsibәtini hamıdan yaxşı başa düşür. Bir sözlә,
            Hans polis deyildi vә tәk gәlmişdi, heç bir rәsmi mükәllәfiyyәt
            daşımırdı. Amma hәr halda, alman hәrbi geyimindәydi, boy-
            nundan avtomat asılmışdı vә özünü alman әsgәri kimi aparırdı.
            Odur ki, hamı onun başına toplaşıb, bir-birinin sözünü kәsә-
            kәsә, nәsә soruşmaq istәyirdi. Biri soruşdu ki, müharibә nә
            vaxt qurtaracaq, o biri Rusiya haqqında sual verdi, başqa
            birisi ingilislәrin döyüşә girib-girmәyәcәyi ilә maraqlandı…
            Suallar çoxaldıqca, Hans vacib görkәm alır, qoltuğunun altı
            şişirdi. Dedi ki, müharibә tezliklә başa çatacaq, çünki almanların
            gizli silahı var; ruslar yaxşı vururşur, amma almanlara çata
            bilmәzlәr; yaxın vaxtlarda almanlar ingilislәri kürüyüb dәnizә
            atacaq. Hansın dediklәrinә qulaq kәsilәn Filippo onu Severino
            ilә birlikdә nahara dәvәt etdi.
                Artıq Rozetta ilә yemәyimizi yemişdik, buna baxmayaraq,
            mәn dә nahara getdim; almanı yaxından görmәk istәyirdim,
            necә olsa da, buralara gәlib çıxan ilk alman idi. Mәn içәri
            girәndә onlar nahar elәyib qurtarmışdılar, artıq meyvәyә
            girişmişdilәr. Almanlara nifrәt edәn Mikele dә daxil olmaqla,
            Filipponun bütün ailәsi buradaydı. Hans vacib görkәm alıb,
            tezliklә almanların ingilislәri mәğlub edәcәyini deyәndә Mikele
            ona elә hirsli-hirsli baxırdı ki, adam әsgәrә görә narahat
            olurdu. Mәnә elә gәlirdi ki, indicә Mikele qalxıb, ona yumruq
            ilişdirәcәk. Alman isә içdikcә daha da qızışır, ağlına gәlәni
            danışırdı. O, tez-tez әlini Severinonun çiyninә vurur, deyirdi,
            nәyin bahasına olur-olsun, rulonları tapıb qaytaracaq, çünki
            ikisi dә dәrzidir vә qәbir evinәcәn dostdurlar. Sonra portmanatını


             128
   123   124   125   126   127   128   129   130   131   132   133