Page 148 - alberto moravia_Макет 1
P. 148

Alberto Moravia


            Әgәr onlar, doğrudan da, bütün zonanı köçürmәk istәyirlәrsә,
            qoy bir qәpik qiymәti olmayan kağız әmrlәrlә yox, zorla
            köçürsünlәr. İngilislәr dә güclüdür, amma hava şәraiti imkan
            vermir deyә bu gücdәn istifadә elәyә bilmirlәr. İlişib-qalıblar.
            Almanlar da onlar kimi. Siz buradan öz xoşunuzla çıxıb
            getmәsәniz, elә bilirsiniz, hamınızı tutub, cәbhәyә göndәrәcәklәr?
            Bu cığırlarla dağlara әsgәr göndәrmәk asan mәsәlә deyil.
            Әsgәrlәr gәlsә belә, yerinizdәn tәrpәnmәyin, qoy sizi buradan
            әllәrindә aparsınlar. Heç kәsә qulaq asmayın, heç kәsin sözünә
            uymayın. Sonrasına baxarıq. Mәgәr bilmirsiniz ki, almanlar
            vә italyan faşistlәr itaәt etmәyәnlәri hәmişә ölümlә hәdәlәyir?
            Baxın, mәn iyulun iyirmi beşindә ordudan qaçdım, sonra әmr
            verdilәr ki, mәn vә mәnim kimilәr geri qayıtmasaq, ölümә
            mәhkum olunacağıq. Mәn isә geri qayıtmaq әvәzinә bura
            gәldim. Mәslәhәt görürәm ki, mәnim kimi hәrәkәt edәsiniz.
            Heç yana getmәyin.
                Vәziyyәtdәn әn sadә vә düzgün çıxış yolu bu idi. Amma
            bu, heç kimin ağlına gәlmәmişdi, çünki dediyim kimi, hamı
            almanları ixtiyar sahibi sayırdı, axı insanlar hakimiyyәtsiz
            yaşaya bilmәz. Üstәlik, hamıya elә gәlirdi ki, әgәr kağıza nәsә
            yazılıbsa, buna etiraz etmәk mümkün deyil. Bununla belә,
            hәmin axşam nisbәtәn rahat yatdıq – insanlarda gәlәcәyә ümid
            yaranmışdı. Ertәsi gün möcüzә baş verdi: artıq heç kәs nә al-
            manlar barәdә danışır, nә dә dünәnki әmri xatırlayırdı. Sanki
            sözü bir yerә qoymuşdular: bu barәdә danışmayacaqlar, özlәrini
            elә aparacaqlar, guya belә bir әmr olmayıb. Üstündәn bir neçә
            gün keçәndәn sonra mәlum oldu ki, Mikele haqlıymış: nә
            Sant-Yeufemiyada, nә dә başqa yerlәrdә heç kәs evini tәrk
            edib getmәmişdi. Yәqin, almanlar insanları köçürmәk fikrindәn
            daşınmışdı, hәr halda, bu haqda başqa әmrlәr gәlmәdi.
                Yağışlar ara vermirdi. Mәnә elә gәlir ki, yağış, әn azından,
            qırx gün davam etdi, Nuh әyyamında olduğu kimi. Bundan
            başqa, havalar әmәlli-başlı soyudu, qış gәldi. Dәnizdәn әsәn,
            özüylә duman vә nәmişlik gәtirәn külәklәr buz kimiydi, bu-

             148
   143   144   145   146   147   148   149   150   151   152   153