Page 153 - alberto moravia_Макет 1
P. 153
Çoçara
– Almanlarla italyan faşistlәr gәlib divarları tıqqıldatdılar,
xәlvәt yeri tapdılar…
Filippo var sәsi ilә bağırıb, onun sözünü kәsdi:
– Mallarımı apardılar, elәmi?
– Apardılar, – Vinçenso bu dәfә nisbәtәn sakit sәslә
dedi, bәlkә, ona görә ki, xәbәrin әn dәhşәtli hissәsini artıq
demişdi. – Hәr şeyi apardılar, hәr şeyi, heç çöp dә saxlamadılar.
Onun ucadan dediyi sözlәri Filipponun arvadıyla qızı da
eşitdi. Onlar dәrhal pәncәrәnin önündәcә ağı deyib, ağlamağa
başladılar. Filippo isә başqa tәfәrrüatları üzә çıxarmağa ehtiyac
görmәdәn ortağının üstünә qışqırdı:
– Yalan deyirsәn, hamısı yalandır! Özün oğurlamısan, sәn
oğrusan, almansan, faşistsәn… Sәn, sәnin cadugәr arvadın,
bir dә yaramaz uşaqların!.. Sizi hamı tanıyır. Siz quldursunuz,
soyğunçusunuz, heç müqәddәs Covanni dә vecinizә deyil.
Dәli kimi çığıran Filippo qәfildәn stolun üstündәki bıçağı
qapıb, Vinçensonun üstünә cumdu. Xoşbәxtlikdәn, qaçqınlar
onu vaxtında tutdular. O, hey dartınır, onların әlindәn çıxmağa
çalışır, ağzı köpüklәnә-köpüklәnә qışqırırdı:
– Buraxın mәni, onu öldürәcәyәm, buraxın, onu öldürmәk
istәyirәm.
Filipponun arvadıyla qızı açıq pәncәrәdәn çığırır, әllәrini
yellәyirdilәr:
– Bizi müflis elәdilәr! Mәhv olduq!
Yağış isә kәsmәk bilmirdi, hamımız başdan-ayağa
islanmışdıq.
Vinçenso and-aman elәyir, özünә haqq qazandırmağa
çalışırdı:
– Nә danışırsan? Almanlar oğurlayıb, faşistlәr oğurlayıb,
bizlik deyil…
Bu sәhnәni qәribә bir mәmnunluqla izlәyәn Mikele (elә
bil bacısının cehizinin, anasının daş-qaşının oğurlanması ona
lәzzәt elәyirdi) birdәn-birә Vinçensoya yaxınlaşıb, әlini onun
153