Page 157 - alberto moravia_Макет 1
P. 157

Çoçara


          gәlib-çıxsa, acından qırıla bilәrdik. Ona görә dә fikirlәşdim
          ki, qoy onlar keflәrindә olsun, Rozettayla mәn hәr şeyә ciddi
          qәnaәt edәcәyik. Biz gündә bir dәfә, saat yeddidә yemәk
          yeyirdik. Kiçik qazanda bir tikә keçi әtiylә lobya bişirirdik.
          Hәmişә eyni miqdarda, bir әlcә çörәk yeyir, yemәyә bir neçә
          әncir qurusu da әlavә edirdik. Hәrdәn qarğıdalı aşı, bәzәn dә
          lobya әvәzinә paxla vә ya mәrci hazırlayırdım. Mal әti
          yediyimiz günlәr dә olurdu. Sәhәrlәr Rozettaya vә özümә bir
          parça çörәk kәsir, bir baş soğanla yeyirdik. Bәzәn heç çörәk
          dә yemirdik, çovdar çeynәmәli olurduq. Adi vaxtlarda çovdarı
          ata verirlәr, amma aclıq illәrindә insanların da işinә yarayır.
          Rozetta tez-tez aclıqdan şikayәt edirdi, çünki cavan idi; ona
          mәslәhәt görürdüm ki, çox yatsın. Bilirdim ki, yuxu iştahanı
          azaldır: yuxuda orqanizm dincәlir, güc toplayır. Bir sözlә,
          mәn kәndlilәr kimi davranırdım. Qaçqınlardan fәrqli olaraq,
          kәndlilәr çox qәnaәtcil idilәr, hәtta kәnardan simic kimi
          görünürdülәr. Onlar öz әrzaq ehtiyatlarını misqal-misqal
          işlәdirdilәr. Düzdür, kәndlilәr aclığa öyrәncәli idilәr: başlarına
          gәlmişdi, yaxşı bilirdilәr ki, istәr ingilis gәlsin, istәr alman,
          hәmişә qıtlıq olacaq, ona görә ki, pulları yoxdur, bu ilin
          mәhsulu isә heç vaxt gәlәn ilә çatmır. Bu vaxtlar özümü
          qaçqın yox, daha çox kәndli kimi hiss edirdim. Qaçqınların
          çoxu alverçi idi, dükan-bazarda insanlara kәlәk gәlmәklә pul
          qazanmışdılar, indi isә oturub ingilislәrin yolunu gözlәyirdilәr
          ki, yenidәn köhnә әmәllәrinә qayıtsınlar. Sözün açığı, onların
          hamısından zәhlәm gedirdi. Soruşa bilәrsiniz, özünü niyә
          demirsәn, axı sәn dә dükançısan; elәdir, dükançıyam, amma
          kәndә qayıdandan sonra özümü yenidәn kәndli qız kimi hiss
          edirdim, elә bil hәlә әrә gedib Romaya köçmәmişdim.
             Bu barәdә danışdığımız yetәr. Qırx günә yaxın belә davam
          etdi, nәhayәt, dekabrın son günlәrindәn birindә, sәhәr ayılıb
          gördüm ki, külәk istiqamәtini dәyişib. Göy üzü gözqamaşdıran
          tünd-mavi rәngә boyanmışdı, bәrk maddәdәn düzәldilmiş kimi
          görünürdü. Hәlә dan yeri sökülmәmişdi, sürәtlә üfüqdәn keçib-

                                                              157
   152   153   154   155   156   157   158   159   160   161   162