Page 155 - alberto moravia_Макет 1
P. 155

Çoçara


          üstünә qoyub, evә tәrәf getdi. Evdәn hәlә dә mәhşәr ayağına
          çәkilәnlәrin çığırtısına bәnzәr ah-vay eşidilirdi. Maçeranın
          ortasında yalnız qarnı yırtılmış, dirәkdәn asılmış keçi qaldı.
          Yağış isә hәlә dә yağırdı.
             Birazdan  Vinçensonu maçeraya gәtirdilәr. Kәndlilәr vә
          qaçqınlar dәrhal onu üzük qaşı kimi dövrәyә alıb sorğu-suala
          tutdu. Vinçenso çox da nәm-nüm elәmәdi.
             – Mәn bunu istәmirdim, – elә bil sәsi başqa dünyadan
          gәlirdi, – heç birimiz istәmirdik… axı müqәddәs Covanni…
          O, mәnim oğlumun xaç atasıdır, mәn dә onun qızının… qan
          su deyil, elә deyilmi? And olsun bizi yaradana, әlimi kәsәrdim,
          amma oğurluq elәmәzdim… yalan deyirәmsә, qoy buradaca
          başıma ildırım düşsün.
             – Biz sәnә inanırıq, Vinçenso, inanırıq… Yaxşı, bәs necә
          oldu ki, malları oğurladın?
             – Nәsә bir sәs idi… bütün günü içimdәn bir sәs gәlirdi:
          “Çәkici götür, divarı sındır… çәkici götür, divarı sındır…” Nә
          gecә rahatlığım vardı, nә gündüz.
             – Sәn dә dözmәdin, çәkici götürüb, divarı sındırdın…
          elәdir?
             – Elәdir.
             Kәndlilәr vә qaçqınlar qәhqәhә çәkib gülmәyә başladılar.
          Sonra Vinçensoya bir neçә sual da verdilәr vә nәhayәt, onu
          rahat buraxıb, İnyasio ilә keçinin yanına qayıtdılar. Amma
          Vinçenso, dәrhal әkilib-getmәk әvәzinә, ev-ev dolaşmağa
          başladı. O, әvvәlcә bir stәkan çaxır istәyir, sonra yenә içindәn
          gәlәn sәs barәdә danışmağa başlayırdı. Hamı ona gülürdü, o
          isә elә bil nә baş verdiyini anlamırdı. O, tükü yolunmuş
          kәdәrli toyuğa oxşayırdı.  Axşama yaxın  Vinçenso ayağını
          sürüyә-sürüyә çıxıb getdi, üz-gözündәn narazılıq yağırdı, sanki
          Filipponu yox, onun özünü qarәt etmişdilәr.
             O axşam daxmada keçi bağırsağı qızardırdım, Paridenin
          ailәsi isә ocağın kәnarında oturmuşdu. Bu vaxt Mikele içәri
          girdi.

                                                              155
   150   151   152   153   154   155   156   157   158   159   160