Page 158 - alberto moravia_Макет 1
P. 158
Alberto Moravia
gedәn boz vә çәhrayı buludlar, nә vaxtdır ki, qurtarmaq
bilmәyәn yağışların xatirәsini dә özüylә aparırdı. Yağışlar
başlayandan bu yana ilk dәfәydi ki, Pontsa tәrәfdә dәnizi
gördük. Dәniz tünd-göy, az qala, qara rәngә çalırdı. Artıq qış
libasına bürünmüş Fondi vadisindәn burum-burum duman
qalxırdı. Bu, o demәk idi ki, hava açıq, buludsuz olacaq.
Dağların arxasından şiddәtli, quru, buz kimi soyuq külәk
әsirdi, daxmamızın yanındakı ağacın çılpaq budaqları qәribә,
xırçıltılı sәslәr çıxarırdı. Çölә çıxanda gördüm ki, palçıq
bәrkiyib, qaysaq bağlayıb, baxanda adamın gözü qamaşır –
elә bil yerә әzilmiş şüşә tökmüşdülәr: gecә şaxta düşmüşdü,
yer qırov bağlamışdı. Havanın dәyişmәsi qaçqınları yenidәn
ümidlәndirmişdi; onlar bayıra tökülüşmüşdü, havanın soyuq
olmasına baxmayaraq, heç kәs içәri girmirdi. Hamı sevincdәn
atılıb-düşür, qucaqlaşıb-öpüşür, bir-birini tәbrik edirdi. Deyirdilәr
ki, ingilislәr tezliklә hücuma keçәcәk vә bütün çәtinliklәr
arxada qalacaq.
İngilislәr, doğrudan da, çox sәliqәli, dәqiq adamlardır,
amma onların gәlişi heç dә qaçqınların gözlәdiyi kimi olmadı.
Elә hәmin gün, saat on bir radәlәrindә, hamımız maçeranın
üstünә toplaşıb, donmuş kәrtәnkәlәlәr kimi özümüzü günә
verirdik. Birdәn uzaqdan uğultu sәslәri eşidilmәyә başladı,
sәslәr get-gedә güclәndi, şiddәtlәndi, yer-göy lәrzәyә gәldi.
Qaçqınlar canlandı, hamı bu sәsin haradan gәldiyini başa
düşmüşdü. Bu sәsi mәn dә tanıdım, çünki Romada onu tez-tez
eşidirdim:
– İngilislәr! Tәyyarәlәr! İngilis tәyyarәlәri!
Dağların arxasından bizә sarı uçan dörd tәyyarә göründü;
buludsuz sәmada onları aydın görmәk olurdu. Gün işığında
parıldayan qanadları gümüşdәn düzәldilmiş Venesiya sancağına
oxşayırdı. Onların arxasınca daha dörd tәyyarә, bundan sonra
başqa tәyyarәlәr dә göründü. Cәmi on iki tәyyarә idi. Uğultuları
get-gedә artırdı. Bu sәs mәnә Roma zirzәmilәrindә,
sığınacaqlarda keçirdiyim pis vaxtları xatırlatsa da, indi
158