Page 163 - alberto moravia_Макет 1
P. 163

Çoçara

          dağlara bomba atmazlar. Bahalı bombaları daş-kәsәyin üstünә
          atmağın nә mәnası var axı? Odur ki, sakit sәslә Rozettaya
          dedim:
             – Eşidirsәn, tәyyarәlәrdi.
             Buludsuz sәmada üç sıraya düzülmüş ağ, gümüşü tәyyarә
          eskadrilyası göründü. İrәlidә tәk uçan tәyyarә sanki arxada
          gәlәnlәrә yol göstәrirdi. Gözümü ona zillәmişdim, birdәn
          sәmada qırmızı bayraqcıq gördüm. İstәr-istәmәz Mikelenin
          sözlәrini xatırladım – o demişdi ki, sәmada peyda olan bu
          bayraqcıq bomba atmaq üçün işarәdir. Bunu yenicә xatırlamışdım
          ki, tәyyarәlәrdәn başımıza bombalar yağmağa başladı. Doğrudur,
          böyük sürәtlә düşәn bombaları görmürdük, amma lap
          yaxınlığımızda elә dәhşәtli partlayış oldu ki, yer ayağımızın
          altından qaçdı, elә bil güclü zәlzәlә baş verdi. Әslindә isә, yer
          yırğalanmırdı, dağdan qopmuş qaya parçaları üzüaşağı
          yuvarlanırdı. Әtrafımızda daşlardan da çox, itiuclu, yastılanmış
          dәmir parçaları uçuşurdu, hәr biri mәnim çeçәlә barmağım
          böyüklükdәydi. Onlardan biri bizә dәysәydi, yerimizdәcә
          keçinәrdik. Toz-duman göyә bülәnd olmuşdu, göz-gözü gör-
          mürdü. Mәni öskürәk tutdu. Qorxudan sarımı udmuşdum, tez
          Rozettanı sәslәmәyә başladım.  Toz yatandan sonra yerә
          sәpәlәnmiş çoxlu qәlpә vә parçalanıb-dağılmış kaktus yarpaqları
          gördüm.
             – Mәn buradayam, ana! – birdәn Rozettanın sәsini eşitdim.
             Möcüzәyә-filana inanan adam deyilәm, amma onda Rozettanı
          bağrıma basıb, әtrafa sәpәlәnmiş dәmir qırıntılarına baxa-
          baxa fikirlәşdim ki, bizi ölümdәn yalnız möcüzә xilas edә
          bilәrdi. Qızı qucaqlayıb öpür, әlimlә bәdәnini yoxlayırdım:
          sağ-salamat olduğuna inana bilmirdim. Sonra, dediyim kimi,
          bizdәn otuz addım irәlidә gedәn Tommazino yadıma düşdü,
          gözlәrimlә onu axtarmağa başladım. Әtrafda xurd-xәşil olmuş
          kaktuslardan savayı, heç nә gözә dәymirdi. Birdәn haradansa
          yeknәsәq iniltili sәs eşitdim:
             –  Aman tanrım, bu nә işdir?  Ah, Madonnam, mәnim
          Madonnam…


                                                              163
   158   159   160   161   162   163   164   165   166   167   168